“İQNA”-nın Qətər Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu ixtisaslaşmış peyk kanalı Qətər Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq çərçivəsində istifadəyə veriləcək və məqsədi hədəfli dini medianı gücləndirmək, həm orijinallıq, həm də texnoloji inkişaf arasında tarazlıq yaradan yüksək keyfiyyətli məzmun təqdim etməkdir.
Qətər Media Şirkətinin baş direktoru Şeyx Xalid bin Əbdüləziz Ali Sani bildirib ki, bu addım ixtisaslaşmış peyk kanallarının genişləndirilməsi istiqamətində strateji bir mərhələdir və şirkətin Qurani-Kərimə xidmət məqsədilə düzgün və etibarlı məzmun təqdim etmək öhdəliyinə uyğundur.
O əlavə edib ki, bu məqsədlə işçi qrupları dəqiq əməliyyat planına uyğun olaraq kanalın işə salınmasına hazırlığı tamamlamaq üçün çalışıblar. Bu plan tilavətlərin yoxlanılması, icra keyfiyyətinə nəzarət və vizual istehsalın yüksək səviyyədə təmin edilməsini əhatə edir.
Ali Sani vurğulayıb ki, kanal xüsusilə qətərli qarilərin səsini ön plana çıxarmağa diqqət yetirəcək və bu, ölkə rəhbərliyinin Qurani-Kərimə xidmət göstərmək və yüksək səviyyəli tilavət nümunələri təqdim etmək istiqamətindəki səylərini əks etdirir.
Qətər Televiziyasının direktoru Əli Saleh əs-Sadə isə bildirib ki, bu kanal tilavətləri, Quran xətmini və təravih namazlarını gecə-gündüz, yüksək keyfiyyətlə və tamaşaçıların gözləntilərinə uyğun şəkildə yayımlayacaq.
O əlavə edib ki, kanal yüksək texniki standartlara malikdir və ilkin mərhələlərinə mübarək Ramazan ayının başlanğıcı ilə start veriləcək.
Əs-Sadə qeyd edib ki, “Qətər Qurani-Kərim” kanalı “Arabsat/Badr 8” peyki, “E7WA” Eutelsat peyki və “Tabea” tətbiqi vasitəsilə yayımlanacaq.
4335004