“İQNA”-nın “əl-İttihad” qəzetinə istinadən verdiyi xəbərə görə, bu sərgi Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyinin təşəbbüsü ilə Qurana göstərilən diqqəti, onun çapı, nəşri və yayılması sahəsində ölkənin fəaliyyətlərini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Tədbir beş gün davam edəcək və məqsədi Əlcəzairdə Quran çapının tarixi yolunu tanıtmaq, eləcə də ölkənin müxtəlif dövrlərdə Qurana xidmət istiqamətində göstərdiyi səyləri önə çıxarmaqdır.
Əlcəzairdə keçirilən bu Quran sərgisində ölkənin müstəqilliyindən sonra Vəqflər Nazirliyinin nəzarəti ilə çap olunmuş müxtəlif Quran nüsxələri, həmçinin əvvəlki dövrlərə aid qədim xəttatlıq nümunələri və köhnə əlyazma Quranlar nümayiş etdirilir.
Sərgidə müxtəlif ərəb xəttləri — o cümlədən məbsut və nəsh xətti ilə yazılmış Quranlar, həmçinin əlcəzairli qarilərin tilavəti ilə səsləndirilmiş mərtəl Quran nüsxələri də yer alır.
Sərginin bir hissəsi görmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbası ilə hazırlanmış Əlcəzair Quranına həsr olunub və bu mədəni tədbir ziyarətçilərə ölkədə Quran çapının inkişaf mərhələlərini yaxından tanımaq imkanı yaradır.
Əlcəzair sərgisi müxtəlif yaş qruplarından olan ziyarətçilərin böyük marağı ilə qarşılanıb və təşkilatçılar iştirakçılar arasında Quranın pulsuz nüsxələrini paylayıblar.
4341108