IQNA

Putinin İran xalqına Novruz mesajı

17:47 - March 22, 2026
Xəbər sayı: 3499979
İQNA – Rusiya prezidenti Novruz bayramı münasibətilə İran xalqına ünvanladığı mesajda vurğulayıb ki, Moskva bu çətin dövrdə də Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalacaq.

“İQNA”-nın “Middle East News”‑a istinadən verdiyi məlumata görə, Kreml açıqlayıb ki, Rusiya prezidenti Vladimir Putin Novruz təbrik mesajını İran İslam Respublikasının lideri Ayətullah Müctəba Xamenei və ölkənin prezidentinə göndərib.

Putin İran rəhbərlərinə ünvanladığı Novruz təbrikində qeyd edib ki, Moskva hələ də Tehranın dostu və tərəfdaşıdır.

Bəyanatda deyilir: “Vladimir Putin İran xalqına bu ağır sınaqların ləyaqətlə başa çatmasını arzulayıb və vurğulayıb ki, Moskva bu çətin günlərdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalmağa davam edəcək.”

4342213

captcha