“İQNA”-nın məlumatına görə, BAEA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi “David Hearst” podkastına müsahibəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, şəhid Əli Laricani haqqında belə deyib:
“Əli Laricani praqmatik bir siyasətçi idi. Bir çoxları bunu bilmir, amma o, İmmanuel Kant fəlsəfəsi haqqında dörd kitab yazıb. Laricani bir filosof idi.”
Əl-Baradeyi daha sonra əlavə edib: “Bizim baxışlarımız fərqli idi, amma Əli Laricani praqmatik siyasətçi, filosof və ideoloq idi. Məhz belə insanlarla danışıqlar masasına oturub soruşmaq lazımdır ki, tələbləri nədir ki, problemləri həll edə bilək.”
BAEA-nın keçmiş rəhbəri davam edib: “O, qətiyyətli bir şəxs idi, amma onunla danışıqlar həmişə yaxşı keçirdi. Dediyim kimi, Əli Laricani praqmatik idi və hər bir danışıqdakı mümkün nəticələri yaxşı anlayırdı. Nəyi hansı addım qarşılığında əldə edə biləcəyini bilirdi. Mənim fikrimcə, o, çox yaxşı idi. Məsələləri dərindən anlayırdı və hər bir danışımdan hansı nəticələri əldə etmək istədiyini dəqiq bilirdi. Biz onu dəyərli bir müzakirə tərəfdaşı kimi itirdik.”
Əli Laricani oğlu, köməkçilərindən biri və bir qrup həmkarı ilə birlikdə iş yerində ABŞ və İsrail rejiminin qırıcılarının hücumuna məruz qalıb və şəhid olub.
4341892