IQNA

Quranda sionizmə qarşı mübarizənin təhlili / 13

Yəhudilər və müsəlmanlar arasında təfriqə yaratmaq

0:33 - March 26, 2026
Xəbər sayı: 3500014
İQNA – Ramazan müharibəsi zamanı bir tərəfdə İslam Respublikası İran, digər tərəfdə isə ABŞ, sionist rejim və onların Qərbi Asiyanın müsəlman ərəb ölkələrindəki bazaları dayanır. Qurani-Kərim bu cür bölgü barədə nə deyir?

Mədinədə müsəlmanların, xüsusilə də iki qəbilənin (Əvs və Xəzrəc) birliyini görən yəhudilərdən biri plan quraraq bir qrup adamı keçmiş düşmənçilikləri xatırladıb onları təhrik etməyə göndərdi. Allah Rəsulu (s) onları sakitliyə dəvət etdi, düşmənin fitnəsindən xəbərdar etdi. Bu hadisə ilə bağlı Ali-İmran surəsinin 98–100-cü ayələri nazil oldu.

Qurani-Kərim buyurur: 

“Ey iman gətirənlər! Əgər Kitab əhlindən olan bir dəstəyə itaət etsəniz, onlar sizi iman gətirdikdən sonra yenidən kafir edərlər” (Ali-İmran: 100). 

Buradakı “dəstə”dən məqsəd yəhudilərin bir qrupudur. “İmandan sonra küfr” ifadəsi göstərir ki, yəhudilərin təhriki ilə müsəlmanlar necə yenidən düşmənçilik və cahiliyyət dövrünün nifrətinə qayıda bilərlər. Çünki iman məhəbbət və qardaşlıq, küfr isə təfriqə və düşmənçilik yaradır.

Bu ayə müsəlmanlara xəbərdarlıq edir ki, əgər düşmənin zəhərli sözlərinin təsiri altına düşsələr və onların vəsvəsələrinə qulaq assalar, az vaxt keçməz ki, imanları zəifləyər və küfrə doğru sürüklənərlər. Çünki düşmən əvvəlcə aralarında ədavət odunu alovlandırmağa çalışır, sonra isə vəsvəsələrini davam etdirərək onları İslamdan uzaqlaşdırır.

Növbəti ayədə buyurulur: 

“Sizə Allahın ayələri oxunduğu və aranızda Onun Rəsulu olduğu halda necə küfr edirsiniz?” 

Yəni Peyğəmbər (s) ayələri oxuyarkən diqqətlə qulaq asın, düşünün və əgər anlamadığınız bir şey olsa, Rəsula müraciət edin. Bu ayənin bu gün üçün mənası budur ki, yəhudilərin yaydığı şübhələri aradan qaldırmaq üçün Allahın ayələrinə və Peyğəmbərin (s) sünnəsinə müraciət edilməlidir.

Bu səbəbdən dünya müsəlmanları diqqətli olmalı və İran ilə Amerika–sionist rejimi arasındakı mübarizədə hansı tərəfdə dayandıqlarını düzgün müəyyən etməlidirlər.

Teqlər: quran ، sionizm ، mübarizə ، təhlil
captcha