“İQNA”-nın sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, ərəb istifadəçilərin sözlərinə görə, əl-Cəzirə studiyasında adeta “zəlzələ” baş verib. Çünki Dr. əl‑Məsfərin sözləri o qədər sərt və açıq olub ki, bəlkə də bundan sonra onu bir daha efirdə görmək mümkün olmayacaq.
Onlar yazırlar: “Heç şahid olmusunuzmu ki, kimsə həqiqəti sükutun üzünə bomba kimi atsın? Və ya bir akademikin bütün bölgə xalqlarının taleyinə təsir edə biləcək bir günahın qarşısını almaq üçün öz gələcəyini riskə atdığını?”
Tarixi adlandırılan müsahibədə əl‑Cəzirənin aparıcısı Əhməd Taha, Qətər Universitetinin ustadı Dr. Məhəmməd əl‑Məsfəri qonaq edib.
Məlumata görə, bu müsahibə sosial şəbəkələrdəki platformalardan sürətlə silinib. Çünki deyilənlər, kanal rəhbərliyinin ifadəsi ilə, “bütün qırmızı xətlərin aşılması” kimi qiymətləndirilib və bir çox analitiklərin deməyə cəsarət etmədiyi məsələlər açıq şəkildə səsləndirilib.
Müsahibədə səsləndirilən əsas məqamlar
“Ömürlük günah: Evimiz şüşədəndir, daş atmayın!”
Fars körfəzi ölkələrinin ABŞ-la İran əleyhinə əməkdaşlığı barədə sual veriləndə Dr. əl‑Məsfərin cavabı ildırım kimi olub: “Əgər Körfəz ölkələri bu müharibəyə daxil olsalar, həyatlarının ən böyük günahını etmiş olacaqlar!”
O əlavə edib:
- “Bizim evlərimiz şüşədəndir.”
- “Bizim varlığımız suyun duzsuzlaşdırılması zavodlarından asılıdır.”
- “Bu zavodlara bir hücum — bölgəmizdə insanın, heyvanın, bitkinin sonu deməkdir.”
“Bu müharibə bizim deyil”
Ustad bildirib ki, İran əleyhinə istənilən müdaxilə Körfəz ölkələri üçün böyük və bərpaolunmaz səhv olacaq:
“Bu savaş bizim deyil. Bu, ABŞ və İsrailin İran əleyhinə başladığı müharibədir. Niyə özümüzü başqalarının yandırdığı odun közünə çevirməliyik?”
O əlavə edib:
- “İranla qarşıdurma istəyirsiniz? İran kimdir, bilirsinizmi? Tarixi, coğrafiyası, sivilizasiyası olan bir xalq — asanlıqla məğlub ediləsi deyil.”
- “İran 40 ildə güc qurdu, biz isə hələ də müstəqil hərbi güc yarada bilməmişik.”
İkiüzlülük: Həqiqi təcavüzə qarşı niyə susduq?
Dr. əl‑Məsfər İranın İsrailə qarşı genişmiqyaslı hücumlarına toxunaraq ərəb ölkələrini “şüşə”yə bənzədib:
“Bu ölkələrə ediləcək hər hansı hücum İsrailin yaşadığı kimi ağır nəticələr doğurar.”
O sual edir:
- “Niyə bir ölkənin İrana təcavüzünü ilk gündən qınamadıq?”
- “Ukraynada Rusiyanı qınadıq, bəs niyə İranda minlərlə mülki şəxs öldürüləndə susduq?”
O əlavə edib:
- “Livan parçalanır, Suriya dağılır, Fələstin — izzət torpağı — kimsəsiz şəkildə ən ağır zülmə məruz qalır.”
- “Bu qədər zülmə qarşı niyə ciddi ərəb mövqeyi olmadı?”
Əl‑Məsfər xatırladıb ki, İsrail Suriyaya və Qəzzaya hücum edəndə məqsədi bir müharibəni unutdurmaq üçün başqa müharibə yaratmaqdır.
“Xəyali müttəfiq… ABŞ bizi sevmir!”
Dr. əl‑Məsfər açıq şəkildə deyib: “ABŞ elə bir supergüc deyil ki, bizim yanımızda dayansın.”
O əlavə edib:
- “Onun əsl müttəfiqi (sionist rejim) bəllidir.”
- “Bu müttəfiq heç vaxt vahid ərəb gücünün yaranmasına icazə verməz.”
- “Çünki bizim vahid blok kimi mövcudluğumuz onların asılılıq sisteminin sonu deməkdir.”
Ustad Körfəz Əməkdaşlıq Şurası ölkələrinə müraciət edib: “Vəkalət müharibələrini rədd edin.”
Sonda deyib: “Sözlərim İran sevgisindən deyil; vətənimə, xalqıma və tariximizə sevgidəndir.”
4344073