“İQNA”‑nın “əl‑Əhd”‑ə istinadən verdiyi xəbərə görə, Müqavimətə Sədaqət Fraksiyasının deputatı Həsən Fəzlullah deyib: “İranın səfiri bizə məlumat verib ki, atəşkəs bu gecədən (cümə axşamı gecəsi) başlayacaq.”
Livan parlamentinin deputatı əlavə edib ki, mümkün atəşkəs İranın diplomatik səylərinin nəticəsidir.
O bildirib ki, İran rəsmiləri ABŞ tərəfinin öz öhdəliklərinə nə dərəcədə əməl edəcəyini izləyəcəklər.
Fəzlullah vurğulayıb ki, İranın ABŞ ilə danışıqları bərpa etməsi bu öhdəliyin yerinə yetirilməsindən asılıdır.
O eyni zamanda qeyd edib ki, Hizbullahın atəşkəsə riayət etməsi bütün hərbi əməliyyatların tam şəkildə dayandırılmasına bağlıdır.
4346829