IQNA

Malayziyada Quranda və Sünnədə Elmi Möcüzələr üzrə Dünya Şurası təsis edildi

8:51 - April 22, 2026
Xəbər sayı: 3500201
İQNA – Quranda və Sünnədə elmi möcüzələr üzrə Dünya Şurası Dünya İslam Birliyinin baş katibi, eləcə də Malayziyanın bir sıra mədəniyyət xadimləri və universitet rəhbərlərinin iştirakı ilə Kuala Lumpurda təsis edilib.

“İQNA”-nın “əl-Əkaz” qəzetinə istinadən verdiyi xəbərə görə, Dünya İslam Birliyinin baş katibi və Müsəlman Alimlər Şurasının sədri Məhəmməd bin Əbdülkərim əl-İsa bu şuranı Kuala Lumpurda Dünya İslam Birliyinin təşkil etdiyi “Elm və İman” müsabiqəsinin bağlanış mərasimi çərçivəsində açıb.

Malayziya Krallığı bu iki beynəlxalq tədbirə ev sahibliyi edib. Bu, Malayziya ilə Dünya İslam Birliyi arasında İslamla bağlı fəaliyyətlərin dəstəklənməsi sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirilib və Malayziyanın bir sıra dövlət və qeyri-dövlət qurumları — o cümlədən universitetlər, institutlar və tədqiqat mərkəzləri ilə Dünya İslam Birliyi arasında imzalanmış 7 anlaşma memorandumu ilə daha da gücləndirilib.

Tədbirdə həmçinin “Elm və İman” proqramı və müsabiqəsi haqqında hazırlanmış filmin nümayişi və Dünya İslam Birliyi tərəfindən beynəlxalq mükafatların elan edilməsi də yer alıb.

4347534 

Teqlər: malayziya ، quran ، möcüzə ، kualalampur
captcha