“İQNA”-nın İraq mediasına istinadən xəbər verir ki, Ayətullahul-üzma Sistaninin böyük oğlu və onun dəftərxanasının rəhbəri Ayətullah Seyid Məhəmmədrza Sistani İnqilab Rəhbərinin ofisinə ünvanladığı məktubda yazıb: "Düzgün olan bu idi ki, atam Ayətullahul-üzma Seyid Əli Sistani şəhid liderin cənazə namazını qılsın, lakin fiziki vəziyyəti və səhhəti buna imkan vermir."
Bu xüsusda bildirilir ki, indiyədək qəbul edilmiş qərara əsasən, şəhid olmuş liderin Nəcəf şəhərindəki cənazə namazını Ayətullah Seyid Məhəmmədtağı Həkim qılacaq.
O, dünyasını dəyişmiş mərcəyi-təqlid Ayətullah Seyid Məhəmmədsəid Həkimin qardaşı, Nəcəfi-Əşrəfin tanınmış alimlərindən biri və İraqda hamı tərəfindən hörmətlə qarşılanan şəxsiyyətdir.
4362625