IQNA

Qurani-Kərim əhlinin "İranın şəhid ağası" ilə vidalaşmaq üçün xatirə mesajları yazmağa dəvəti

11:43 - July 10, 2026
Xəbər sayı: 3500725
İQNA – "İranın Quran Hafizləri" kanalı bir elan yayımlayaraq, bütün ölkə üzrə hafizləri və Quran fəallarını xüsusi bir kampaniyada iştirak etməyə, "İranın şəhid ağası" ilə son vida mesajlarını və ürək sözlərini yazmağa dəvət edib.

 

“İQNA”-nın xəbərinə görə, "İranın Qurani-Kərim Hafizləri kanalı" ölkənin bütün hafizlərini və Quran fəallarını "İranın şəhid ağası" ilə vidalaşmaq üçün mesaj və ürək sözləri yazmaq kampaniyasında iştirak etməyə çağırıb.

Bu elana əsasən, maraqlanan şəxslər İranın şəhid rəhbəri İmam Seyid Əli Hüseyni Xameneinin (r.ə) vidalaşma anları və son görüş ərəfəsində öz ürək sözlərini, epik, sevgi, sədaqət və ehtiramla dolu mesajlarını "Ey mənim şəhid ağam..." ifadəsini əsas tutaraq yaza və göndərə bilərlər.

Təqdim olunan əsərlər toplandıqdan, redaktə edildikdən və hazırlandıqdan sonra müəlliflərinin adları ilə birlikdə virtual məkanda yayımlanacaq. Əsərlərin göndərilməsi üçün müddət 4 iyul şənbə günündən başlayaraq bir həftə müəyyən edilib və iştirakçılar öz mətnlərini "Harfe_dele_hafez@" ünvanına göndərə bilərlər.

İştirakçılardan xahiş olunur ki, ürək sözlərinin sonunda ad və soyadlarını, yaşadıqları vilayət və şəhərin adını qeyd etsinlər.

Bu çağırış "İranın Qurani-Kərim Hafizləri kanalı" tərəfindən yayımlanıb və maraqlananlar əlavə məlumatı bu qurumun "Eita" messencerindəki kanalı vasitəsilə izləyə bilərlər.

 

دعوت از قرآنیان برای ثبت پیام‌های ماندگار در وداع با «آقای شهید ایران»

4362311

captcha