IQNA

Türkiyədə görmə əlilləri üçün Quran Hifzi Mədrəsəsi təsis ediləcək

23:57 - September 27, 2014
Xəbər sayı: 1454588
Beynəlxalq qrup: Türkiyə dövləti ölkənin müxtəlif regionlarında zəifgörənlər və görmə əlilləri üçün xüsusi olaraq Quran qiraəti və hifzi üçün mədrəsələr tikməyi və təsis etməyi planlaşdırıb.


 İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Səda əl-Bələd" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyə dövləti ölkənin müxtəlif regionlarında zəifgörənlər və görmə əlilləri üçün xüsusi olaraq Quran qiraəti və hifzi üçün mədrəsələr tikməyi və təsis etməyi planlaşdırıb. Məhəmməd Görməz – Türkiyə cümhuriyyəti Diyanət Təşkilatının rəisi, bu barədə deyib: "Hal-hazırda bu mədrəsələrin açılması və təsisi üçün lazım olan proqramlar və gərəkli addımlar atılıb və bu yöndə işlər gedir".



Məhəmməd Görməz – Türkiyə cümhuriyyəti Diyanət Təşkilatının rəisi, əlavə etdi: Bu mədrəsələrdə zəifgörənlər və görmə əlillərinə Quran qiraəti və hifzi tədris etmək üçün peşəkar və mütəxəssis kadrlar təlimatlandırılıb və həmçinin Quran-Kərimin "bril" nüsxələri bu mədrəsələrin istifadəsinə verilmək üçün çap edilmişdir.



Türkiyə cümhuriyyəti Diyanət Təşkilatının rəisi vurğuladı: Biz bu mədrəsələrdə zəifgörənlər və görmə əlillərinə Quran qiraəti və hifzi tədris etmək üçün bütün zəifgörənlər və görmə əlilləri olan əzizlərimizi bu mədrəsələrdə qəbul etməyə, qarşılamağa və tədris etməyə tam hazırıq.



Məhəmməd Görməz sonda dedi: Hal-hazırda çalışırıq ki, eşitmə əlilləri üçün də xüsusi Quran təlimləri kursları təşkil edək. 1454139      

Teqlər: türkiyə ، korlar ، quran ، hifz ، qiraət ، mədrəsə
captcha