IQNA

İŞİD peyk kanalı açdı + Foto

14:05 - January 12, 2016
Xəbər sayı: 3480056
Tehran, 12 Yanvar 2016 – İŞİD terrorist qruplaşması Misirin "nilsat" peyk dalğası üzərində peyk TV kanalı açdı.














İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sovtul-İraq" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD terrorist qruplaşması Misirin "nilsat" peyk dalğası üzərində "BEİN HD4" peyk TV kanalı açdı. 

Bu kanal öz proqramlarını İraqın Mosul şəhərindən yayımlayacaqdır. İŞİD terrorçularına məxsus bu peyk TV kanalı xəbər, film və digər təbliğat proqramlarını Mosul şəhərində yarım milyon tamaşaçı üçün efirə verəcəkdir. 

Bu kanal hazırda təkcə Mosul şəhəri üçün yayımlanır və kanalın ferakansını "nilsat" üzərindən silmək mümkün olmayıb. 

http://iqna.ir/fa/news/3466919

Teqlər: İŞİd ، nilsat ، misr ، peyk tv kanalı
captcha