İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl Aləm”ə istinadən verdiyi xəbərə görə, Belçikanın daxili işlər naziri Yan Yambon iddia edib ki, ölkədə bir sıra müsəlmanlar Brüssel terror aktını sevinclə qarşılayıb, şadlanıblar.
Bu iddanın ardından Belçka parlamentinin deputatları ondan tələb ediblər ki, iddiasını isbat etmək üçün dəlil və faktlar ortaya qoysun .
Belçikada yerlşən İslam Mədəiyyət Mərkəzlərindən biri də daxili işlər nazirinin bu iddiası ilə bağlı məhkəməyə şikayət ərzəsi verib.
Belçika parlamentinin müxalifət franksiyasına mənsub millət vəkillərindən biri bu barədə deyib: Hökumət üzvlərindən heç kəsin belə bir ümumi bəyanatla çıxış və müsəlmanları təhqir etməyə haqqı yoxdur.
O kəskin tənqidlərə belə reaksiya verib: İnsanlar artıq bir neçə gündür ki, "Belçika müsəlmanlarının böyük toplumu” ifadəsinin üzərində dayanıblar. Mənin əlimdə polisin belə bir raportu yoxdur.
Belçikanın daxili işlər naziri Yan Yambon iddiasını belə əsaslandırıb: Hamı bilir ki, Brüsseldə baş verən terror aktından sona bu hadisə (ölkədə müsəlmanların şadyanalıq etməsi barədə söz - söhbət) baş vermişdir. Baş verən hadisələri sübuta yetirmək üçün polisin raportlarına ehtiyac varmı?
http://iqna.ir/fa/news/3490948