IQNA

Türkiyədə Aya Sofya müzeyinin yenidən məscid edilməsi tələb edildi

11:02 - May 15, 2017
Xəbər sayı: 3481657
Türkiyədə çox sayda insan Aya Sofya müzeyinin qarşısında toplaşaraq, namaz qılıb.

Türkiyədə Aya Sofya müzeyinin yenidən məscid edilməsi tələb edildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya müzeyinin qarşısında çox sayda insan toplaşıb. Onlar orada sübh namazını qılaraq, müzeyin yenidən məscidə çevrilməsinə dair çağırışlar ediblər.

Həmin insanların yerli vaxtla saat təqribən 04.00-da baş tutmuş görüşünü "Anadolu Gənclər Assosiyasiyası” (AGD) təşkil edib. Görüş iştirakçıları "Zəncirləri qır, Aya Sofyanı aç” şüarı altında çıxış ediblər.

Namaz qılındındıqdan sonra kütlənin dağılışdığı qeyd edilir.

Aya Sofya məbədi Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.

captcha