
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şəhidlər ağası Həzrət Əba Əbdullahil Hüseynin (ə) ərbəin günü İran İslam Respublikasının müxtəlif böləgələrindən olan universitet tələbələri , İslam İnqilabının rəhbəri və dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları ilə görüşüb.
İslam İnqilabının rəhbəri, Ali Rəhbər Ayətullah Xamenei İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günün münasibətilə "İmam Xomeyni Hüseyniyyəsi"ndə təşkil olunan əza mərasiminə qatılıb.
Tələbələr zöhr və əsr namazını Ayətullah Xameneinin imamətliyi ilə qılıb. /maide.az/