IQNA

Kilsəni məscid edərək;

ABŞ-ın “Yeni Hempşir” şəhərinin ilk məscidinin açılış mərasimi keçirildi

8:38 - December 19, 2017
Xəbər sayı: 3482529
Amerikanın “Yeni Hempşir” (New Hampshire) şəhərinin Kin (Keene) rayonunda müsəlmanların ilk məscidi ilk Cümə namazı mərasimi ilə eyni zamanda istifadəyə verildi.

ABŞ-ın “Yeni Hempşir” şəhərinin ilk məscidinin açılış mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “freekeenee” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın “Yeni Hempşir” (New Hampshire) şəhərinin Kin (Keene) rayonunda müsəlmanların ilk məscidi ilk Cümə namazı mərasimi ilə eyni zamanda istifadəyə verildi.
Keçən həftənin Cümə günü Amerikanın “Yeni Hempşir” (New Hampshire) şəhərinin Kin (Keene) rayonunun “Malik Dinlərarası İslam Mərkəzi”nin nəzdində fəaliyyət göstərəcək “ət-Təyf” məscidinin açılış mərasimi keçirildi.
Açılış mərasimi ilk Cümə namazı ilə başlayıb və məscid bütün müsəlmanların və qeyri-müsəlmanların üzünə açıq elan edilib.
Rayonun diş həkimi və ruhanisi Əhməd Əl-İbad Cümə namazı xütbələrini oxuyaraq deyib: Əgər desəm ki, bu məscidin tikintisi, təmiri və açılışı üçün göstərilən maddi köməklərin çoxu qeyri-müsəlmanlar tərəfindən olub, təəccüb edəcəksiniz.
Əhməd Əl-İbad Cümə namazı xütbələrin qeyri-müsəlman xeyriyyəçilərə təşəkkür edərək əlavə etdi: Ehtiyacımız olduğu zaman qeyri-müsəlman qardaşlarımızdan da kömək istəyəcəyik. Və bizlər, müsəlman və qeyri-müsəlmanlar, gərək bir- birimiz ilə yaxşı əlaqə yaradaq və bu dostluq rabitəsini qoruyub saxlayaq. Çünki bu həmin şeydir ki, Allah-Taala bizdən istəyir.
Qeyd edək ki, məscidin binası əslində “Yeni Hempşir”  şəhərinin kilsəsi idi. Bina kilsə üzvləri tərəfindən “Malik Dinlərarası İslam Mərkəzi”nə məscid kimi istifadə üçün hədiyyə edildi. Bu mərkəz kilsənin həmkarlığı ilə 20 min dollar vəsait xərcləyərək köhnə binanı məscid üçün yenidən təmir etdilər.
“Malik Dinlərarası İslam Mərkəzi” məscidin açılışı münasibəti ilə cari ilin Dekabr ayının 23-də ziyafət mərasimi keçirəcək. Mərasimdə “Məhəmməd (s), sonuncu peyğəmər” filmi göstəriləcək.
http://iqna.ir/fa/news/3673850

Teqlər: iqna ، məscid ، abş ، kilsə
captcha