İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail knessetinin (milli məclis, parlament) "yəhudi xalqının milli dövləti" qanununu təsdiq edilməsinə qarşı reaksiyalar və bu qanunun qınanılması müxtəlif dövlətlər və beynəlxalq qrumlar tərəfindən davam edir.
İndoneziyanın xarici işlər nazirliyi İsrail knessetinin (milli məclis, parlament) "yəhudi xalqının milli dövləti" qanununu təsdiq etməsini məhkum etdi.
Ratnu Marsudi - İndoneziyanın xarici işlər naziri, bəyaniyyə yayaraq İsrail knessetinin bu addımını qınayaraq, bunu Fələstin xalqının hüquqlarına zidd hesab etdi.
Qeyd edək ki, İsrail parlamenti keçən həftənin Cüməaxşamı günü sözügedən qanunu 62 müvafiq və 55 müxalif rəylə qəbul edib. "Yəhudilərin Milli Dövləti" qanunlarının mübahisəli məqamları aşağıdakılardır:
İsrailin yeganə rəsmi dili "ibri" dili olacaqdır.
Təkcə yəhudilər seçkilərdə səs verə bilərlər.
İsrail bütün dünya yəhudilərinin vətənidir.
Qanun boşluğu zamanı Yəhudi şəriəti qanunları əsasında hökm ediləcəkdir.
Bütün dünya yəhudilərinin İsrailə qayıtmaq haqqı vardır.
Dini tətillər Yəhudi şəriəti əsasında rəsmi tətil olacaqdır.
Qüds İsrailin paytaxtıdır.