IQNA

Fitrə zəkatı və kəffarənin miqdar və məbləği elan edildi

14:59 - May 19, 2020
Xəbər sayı: 3487260
Tehran (IQNA) -  Şiələrin mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Şeyx Safi Gülpayqani müqəllidləri üçün cari ilin FİTRƏ zəkatının və Kəffarənin məbləğini elan edib.

Həzrət Ayətullah Üzma Şeyx Safi Gülpayqaninin müqəddəs Qum şəhərində yerləşən dəftərxanasının bu barədə yaydığı məlumata görə, 2020-ci ilin FİTRƏ zəkatının miqdarı insanların gündəlik istifadə etdikləri un və düyü kimi qidalardan hər nəfər üçün 3 kq-dır.

Qeyd edək ki, FİTRƏ zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların bazar qiyməti ilə hesablanır. FİTRƏ zəkatı verən adam hər nəfər üçün 3 kq. un, düyü və ya xurmanın pulunu və ya özünü ödəməlidir.

Xatırladaq ki, hər kəs öz regionunda gündəlik qida kimi ən çox hansı məhsul istifadə edilirsə, FİTRƏ zəkatını həmin məhsulun qiyaməti ilə hər nəfər üçün 3 kq hesablamalıdır.

Dəftəxananın elanında bu da əlavə edilib ki, üzürlü səbəbdən orucunu tuta bilməyənlərin kəffarəsi hər gün üçün 750 qram gündəlik qida məhsullarından (un, düyü, çörək və s...) biri olmalıdır. Orucunu qəsdən pozanlar isə hər gün üçün 60 fəqiqin qarnını doyurmalıdır. Bunun üçün onların hər birinə 750 qram gündəlik qida məhsullarından (un, düyü, çörək və s...) birinin özünü və ya pulunu ödəməlidir.

3899944

captcha