IQNA

 İranlı qari Misr televiziyasında qiraət edəcək

23:28 - July 20, 2020
Xəbər sayı: 3487685
Tehran (IQNA) -  Tarixdə ilk dəfə İranlı Quran qarisi Misrin "ər-Rəhmət" peyk televiziya kanalının "İqrə və İrtəqi" (Oxu və Yüksəl) proqramında tilavət icra edəcək.

İran İslam Respublikasının Xuzistan vilayətinin seçilmiş Quran qarisi Seyyid Casim Musəvi sabah, 21 İyul 2020-ci il, Qahirə vaxtı ilə sübh saat 01:30-da, Misrin "ər-Rəhmət" peyk televiziya kanalının "İqrə və İrtəqi" (Oxu və Yüksəl) proqramında canlı yayımda qiraət edəcək.  

Misrli aparıcı Əhməd Məhəmməd Hisanın tərəfindən təşkil edilən onlayn virtual proqramda Misrli qari Yasir Məmduh, İranlı qari Seyid Casim Musəvi və digər qonaq dəvət edilmiş qarilər Quran tilavət edəcəklər. /3911585

Teqlər: misr ، iran ، quran tilavəti
captcha