IQNA

Quranın ən uzun əlyazma nüsxəsinin təqdimatı keçirildi

23:37 - September 27, 2020
Xəbər sayı: 3488206
Tehran (IQNA) – Hindsitanda Qurani-Kərimin 3.1 km uzunluğunda parça üzərinə yazılmış ən uzun əlyazma nüsxəsinin təqdimatı keçirilib.

Hindsitanda Qurani-Kərimin 3.1 km uzunluğunda parça üzərinə yazılmış ən uzun əlyazma nüsxəsinin təqdimatı keçirilib.

Bu Quran nüsxəsini Nuşad adlı hindistanlı dərzi öz dörd övladının köməyi ilə kollektiv əmək sərf edərək parça üzərinə yazıb.

Hindistanlı dərzinin parça üzərinə yazdığı bu Quran nüsxəsi dünyanın ən uzun əlyazma Quranı hesab edilir və böyük bir sandıqda saxlanılır.  

Dərzinin oğlu Kazarşa deyir: Atam Quran müəllimidir. Quranı parça üzərinə yazmaq atamın arzusu idi. Amma vaxtının olmaması arzusunu həyata keçirməyə icazə vermirdi. Koronavirus səbəbi ilə tətbiq edilən karantin rejimi bu arzunu reallaşdırmağa zəmin yaratdı. Biz Quran ayələri yazılmış parçaları bir-birinə bitişdirdik. Ayələrin əlamətlərini qoymaq üçün 10 yaşıl qələm və 40 qab mürəkkəb istifadə etdik. Bu layihə üçün 20 min rupi xərclədik.

Qeyd edək ki, hindistanlı dərzi Nuşad və onun 4 övladı Quran Elmləri və Ərəb dili üzrə təhsil alıblar və hər biri müxtəlif müəssisələrdə müəllimdir.

Dərzinin digər oğlu Şafi deyir: Bu parça Quranı sabit bir mehvər ətrafında fırlayaraq əvvəlindən axırınadək rahatlıqla qiraət etmək olar. /3925647

 

captcha