IQNA

Beynəlxalq Cinayət Məhkəməsi Şeyx Zəkzəkinin iddiasına baxacaq

22:13 - October 12, 2020
Xəbər sayı: 3488349
İHRC rəhbəri Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Nigeriya hökumətinə Şeyx Zəkzəkinin işinə baxması üçün təxminən bir il vaxt verdiyini və məhkəmənin müddətinin iki-üç ayda bitəcəyini söyləyib.

İslam İnsan Haqları Komissiyasının (İHRC) rəhbəri Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Nigeriya hökumətinə Şeyx Zəkzəkinin işinə baxması üçün təxminən bir il vaxt verdiyini və məhkəmənin müddətinin iki-üç ayda bitəcəyini söyləyib.

Deyerler.org xəbər verir ki, hal-hazırda bu işə Londonda Beynəlxalq İnsan Hüquqları Məhkəməsində İnsan Hüquqları Komissiyası tərəfindən baxılır.

13 dekabr 2015-ci il tarixində Nigeriya hərbçilərinin hücumu zamanı tutulan və əsir götürülən Şeyx İbrahim Zəkzəki və xanımının işinin son hüquqi vəziyyəti barədə Londondakı İslam İnsan Haqları Komissiyasının rəhbəri doktor Məsud Şəcərə açıqlama verib.

Doktor Məsud Şəcərə telefon danışığında bunları söyləyib: “Nigeriya İslam Hərəkatının liderinin işinə sonuncu dəfə sentyabrın 29-da keçirilən məhkəmə iclasında hökm çıxarılmadı və növbəti dəfə təxirə salındı. Nigeriya hökuməti məhkəmə iclaslarını ancaq təxirə salır”.

Onları həbsləri Nigeriya konstitusiyasına zidd olduğu üçün ölkənin ən yüksək məhkəməsi və ali məhkəməsi tərəfindən bəraət almışdılar və hətta Şeyx Zəkzəkiyə və həyat yoldaşına təzminat ödənilməsinə qərar verilmişdir. 2016-cı ildə, həbs olunmalarından bir il sonra azad olunmalı idilər, ancaq təəssüf ki, hələ də həbsdədirlər. Lakin bu iş bir əyalət məhkəməsinə göndərildi və təəssüf ki, ona qarşı ittihamda güya “Şeyx Zəkzəki” bəzi insanları təhrik etdiyi və qiyamlarda bir əsgər öldürüldüyü bildirilir. Bu iddia ilə Şeyx Zəkzəki və həyat yoldaşı ilə birlikdə 200 nəfər həbs olundu, hamısı bəraət aldı, amma indiyə qədər Nigeriya İslam Hərəkatının lideri və xanımı hələ də həbsdədir!”

Doktor Məsud Şəcərə Şeyx Zəkzəki və həyat yoldaşının azad olunması üçün bu günə qədər hansı hüquqi və beynəlxalq qurumların işlər gördüyünü belə izah edir: “Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdik və iddia qaldırdıq. Məhkəmə Nigeriya hökumətinə bir il vaxt verdi və əslində məsələni bu müddətdə həll etməsi üçün xəbərdar etdi, əks halda özü hərəkətə keçəcək. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Nigeriya hökumətinə Şeyx Zəkzəki və xanımının işinə baxılması üçün verdiyi vaxt iki-üç aya sona çatır və indi ilin sonuna iki-üç ay qalıb. Bu işi dəqiqləşdirməsə, beynəlxalq məhkəmə bu işə başlayacaq”.

Doktor Şəcərə şeyxin və xanımının vəziyyəti ilə bağlı isə bunları deyib: “Xəstəlik baxımından eyni vəziyyətdədirlər və təəssüf ki, onları müalicə etmək mümkün deyil, heç bir tibbi şərait yoxdur, yəni heç bir şey edilə bilməyəcək vəziyyətdədirlər.

İlk addım, baş hissəsində yalnız 38 ədəd qəlbə olan güllə parçalarını çıxarmaqdır və onların tomoqrafiyasını görsəniz təəccüblənəcəksiniz. Bu hissələrdən biri bir millimetr hərəkət edərsə, fiziki vəziyyətləri üçün təhlükəli olar.

Bu fiziki vəziyyətlə Allahın Şeyx Zəkzəkiyə böyük qayğı göstərdiyini söyləmək lazımdır. Bu qəlpələr şeyxin bədənində və başında olduğu müddətə qədər qurğuşun zəhərlənməsi də verir və bu onun fiziki vəziyyəti üçün çox təhlükəlidir.

Şeyx Zəkzəki və həyat yoldaşının həbsxanada müalicəsi çox çətindir və Nigeriyada belə güllələri çıxarmaq üçün heç bir tibb müəssisə yoxdur, bu səbəbdən də Hindistana göndərildi və bu da problemlərə səbəb oldu”.

captcha