Misrin Qahirə şəhərinin İslami İncəsənət muzeyi dünyanın İslami incəsənət əsərlərindən ibarət xəzinəni ehtiva edən ən böyük muzey hesab edilir.
Bu muzeydə Avropa və Asiya ölkələrdən gətirilmiş İslami incəsənət və müsəlman mədəniyyətinə aid 100 mindən çox qədim və tarixi əşya saxlanılır.
Son illərdə bu muzeydə qorunan 2500 qədim və tarixi eksponant 25 qalereyada sərgilənmişdir.
Muzeydə Osmanlı imperatorluğu və Məmlüklər sülaləsinin sultanlığı dövrünə aid qiymətli əlyazma İslami nüsxələr və Quran nüsxələri saxlanılır. Bu nüsxələr Çin, Misr, İran, Suriya, İspaniya (Əndəlüs) və Afrikanın şimalından gətirilmişdir.
Misrin İslami İncəsənət Muzeyi 1952-ci ilədək "Darul-Asarul-Ərəbiyyə" (Ərəb Əsərlərinin Qorunması Mərkəzi) adlanırdı. Amma İran, Türkiyə, İspaniya, Ərəbistan və sair ölkələrdən İslami incəsənət əsərlərinin buraya daşınmasından sonra muzeyin adı dəyişdirilərək "İslami İncəsənət Əsərləri Muzeyi" oldu.
Bu mədəniyyət və incəsənət xəzinəsi Misrdə ilk tikililər sırasındadır. Muzeyin nəzdində dünyanın ən böyük Arxeologiya və İslami İncəsənət Əsərlərinin Araşdırılması mərkəzi də yerləşir.
Muzeydə İslami ölkələrin elmi inkişafını göstərən astronomiya, memarlıq, kimya, tibb və sair elmi sahələrə aid qədim eksponantlar da mövcuddur.
Muzeyin birinci bölməsində Misrə aid İslami incəsənət əsərləri və ikinci bölməsində digər ölkələrdən gətirilmiş İslami əsərlər qorunur. /3935875