Əfqanıstanın Pərvan vilayətində universitet avtobusunun partladılması nəticəsində ən azı dörd nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Bu barədə "reuters" informasiya portalı Əfqanıstanın Pərvan xəstəxanasının tibb işçilərinə istindən məlumat verib.
Məlumata əsasən, partlayıcı Baqram bölgəsində işə salınıb. Partlayışın hədəfi universitet müəllimlərini daşıyan avtobus olub.
Yerli "1TV" telekanalı da öz növbəsində Daxili İşlər Nazirliyinə istinadən qurbanların arasında həm müəllimlərin, həm də tələbələrin olduğunu bildirir.
Hazırda heç bir qruplaşma törədilən partlayışın məsuliyyətini üzərinə götürməyib. /iqna