Fransa Milli Assambleyası cümə günü “separatizmlə mübarizəyə dair” mübahisəli qanun layihəsini təsdiq edib.
Hüquqşünaslar və siyasətçilər sözügedən qanunu açıq-aşkar islamofob qanun hesab edirlər.
“Respublika prinsiplərinə ehtiramın tətbiqinə dair qanun”, sağ və sol qanad deputatların tənqidlərinə baxmayaraq, parlamentin aşağı palatası tərəfindən qəbul edilib.
49 səs “lehinə”, 19 səs “əleyhinə” verilib, 5 parlament üzvü isə səs verməyib.
Sənəd gözdən keçirilməsi üçün Fransa daxili işlər naziri Jerar Darmanin tərəfindən irəli sürülüb və zahirdə dövlət sahəsində “neytrallığın təminatı” üzrə bir sıra tədbirlərdən ibarətdir, lakin həqiqətdə isə yeni qanun dini azadlıqlara məhdudiyyətlər gətirir. / Şəfəqna