IQNA

Marneulidə “mövlud və vəhdət” adlı elmi dini seminar keçirilib

12:02 - October 25, 2021
Xəbər sayı: 3491053
Marneuli şəhərində Əhli-Beyt (ə) Cəmiyyətinin hüseyniyyəsində İslam Peyğəmbərinin doğum günü və Vəhdət həftəsi çərçivəsində elmi dini seminar keçirilib.

Tədbirdə din xadimləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak ediblər.

Seminar ilk öncə Quran qarisi Rza Cəfərinin müqəddəs ayələrin tilavət etməsi ilə başlayıb.

Daha sonra tədbirin aparıcısı Məşədi Vidadi Qurbanov sözü natiqlərə verib. Toplantıda Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Əhli-Beyt cəmiyyətinin rəhbəri Hacı Rasim Məmmədov, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və başqaları mövzu ətrafında çıxışlar ediblər.

Natiqlər öz çıxışlarında Hz. Peyğəmbərin (s) həyatına nəzər salaraq onun islam ümmətindən istədiyi birliyikdən və həmçinin onun dünyaya gətirdiyi insan hüquqlarından söz açıblar. Çıxış edən qonaqlar, günümüzdə islam ümməti arasında vəhdətin qorunub saxlanılmasının vacibliyindən və müxtəlif qüvvələr tərəfindən İslam adına aparılan çirkin kampaniyalara qarşı birgə mübarizə aparılmasının vacibliyindən danışıblar.

Qeyd edək ki, keçirilən seminar Gürcüstan müsəlmanlar İdarəsi və Gürcüstan “Əhli-beyt (ə) cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

24News.ge

captcha