IQNA

Qırğızıstanda "Təsəvvüf irsi" mövzusunda ilk beynəlxalq konfrans keçirilib

15:50 - December 01, 2021
Xəbər sayı: 3491292
İran və Qırğızıstanla əməkdaşlıq çərçivəsində paytaxt Bişkekdə "Təsəvvüfün fəlsəfi və ədəbi irsi" mövzusunda ilk beynəlxalq elmi-tətbiqi konfrans keçirilib.

"İQNA"-nın verdiyi xəbərə əsasən, bu konfrans, dekabrın 30-da İranın Bişkekdəki Mədəniyyət müşaviri, Qırğızıstanın Beynəlxalq Universiteti Əl-Mustafa Beynəlxalq Universitetinin əməkdaşlığı ilə əyani və onlayn şəkildə keçirilib.

İranın Qırğızıstandakı Mədəniyyət Müşavirinin verdiyi məlumata görə, Bişkek vaxtı ilə səhər saat 11-dən axşam saat 19-a qədər davam edən konfransda 25-ə yaxın məqalə məruzə olunub.

Konfransın rəsmi və açılış hissəsində, Əl-Mustafa Beynəlxalq Universitetinin rəhbəri Höccətül-islam vəl-müslimin Əli Abbasi, Qırğızıstan Beynəlxalq Universitetinin prezidenti Asilbek Heydər Əliyev, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Mədəni Əlaqələrin Strateji Araşdırmalar Mərkəzinin və bu təşkilatın beynəlxalq mədəni əlaqələrin inkişafı üzrə müavininin rəhbəri Əbul-Həsən Xəlic Münfərid və İranın Qırğızıstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Pərviz Qasimi danışıb.

Konfransda İran, Rusiya, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstandan olan ekspert və tədqiqatçılar da məqalə verib və çıxış ediblər.

4017631

captcha