"İQNA", xəbər verir ki, bu mərasim çərşənbə günü, fevralın 16-da İslam Mədəniyyəti və Rabitə Təşkilatının Əz-Zəhra Hüseyniyyəsində keçiriləcək. Rəsmi şəxslər və mədəniyyət xadimləri orada iştirak edəcəklər.
Bu proqram sağlamlıq prosedurlarına və sosial məsafəyə uyğun olaraq keçiriləcək. Bu tədbirin əlavə proqramları arasında seçilmiş şəkil və kitablardan ibarət sərgi də olacaq.
Ərbəin Dünya Müsabiqəsi mədəni-dini proqramdır ki, İslam Mədəniyyəti və Rabitə Təşkilatının təşəbbüsü ilə müqavimət və Aşura mədəniyyətini yaymaq, Həzrət Seyyidüş-Şühədayə (ə) məhəbbətin təzahürlərini göstərmək məqsədi ilə hər il keçirilir.
4036134