IQNA

Müqəddəs Hüseyni Astanı beynəlxalq Quran yarışlarına hazırlaşır

20:58 - May 23, 2022
Xəbər sayı: 3492277
Şeyx Xeyrəddin Əli Əl-Hadi deyib: "Müqəddəs Hüseyni Astanının Darul-Quranı Quran və Quran təlimlərini bütün dünyada təbliğ etmək məqsədilə iki böyük tədbirin, Kərbəla Beynəlxalq Quran Mükafatı və şiə ziyarətgahları olan ölkələr üçün başqa bir Quran yarışmasının təşkilinə hazırlaşır".

İmam Hüseynin (ə) Müqəddəs Astanının Darul-Quranının müdiri Şeyx Xeyrəddin Əli Əl-Hadi İQNA-ya səfəri zamanı bu qurumun Qurani-Kərimin tədrisi və dini təlimlərin təbliği sahəsində ən mühüm fəaliyyət və proqramlarını izah edib.

O, əvvəldə İmam Hüseynin (ə) Müqəddəs Astanının Darul-Quranının tarixi barədə danışıb: 14 il əvvəl az insan və imkanla işə başlayıb.

Müqəddəs Hüseyni Astanı nə üçün Malayziya, İran və Misirdə keçirilən yarışlar səviyyəsində Qurani-Kərim üçün beynəlxalq yarışlar keçirmir sualına belə cavab verib: " İlk ildə təşkil etdiyimiz milli Quran müsabiqəsində "Kərbəla Quran Mükafatı" adlı layihəyə start verdik. Əslində biz Kərbəla Beynəlxalq Quran Mükafatını təqdim etməyə hazırlaşırıq".

Şeyx Əl-Hadi əlavə edib ki, Müqəddəs Hüseyni Astanı "Müqəddəs ziyarətgahlar" adlı beynəlxalq Quran müsabiqəsi də keçirəcək. İran və Suriya kimi İmamların (ə) ziyarətgahları olan ölkələr bu yarışlara öz nümayəndələrini göndərmək üçün dəvət olunacaqlar. Ümid edirik ki, Peyğəmbər (s) məscidini və Əfqanıstandakı şiə ziyarətgahlarını da dəvət edə bilək. Yəqin ki, müsabiqə yaxın üç ay ərzində baş tutacaq.

4057473

captcha