"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Bu şənbə səhəri Misirin Vəqflər Nazirliyi Misirin paytaxtı Qahirənin “Abbasiyyə” bölgəsindəki Əl-Nur məscidində Quran və onun əhlinin qayğısına qalmaq istiqamətində Həfs rəvayətinin böyük qarilərinin səyləri sayəsində qiraət mərasimini keçirdi.
Bu toplantı Qahirədə Quran oxumaq məclislərinin ustası və Nəqibul-Qurra kimi tanınan Şeyx Məhəmməd Həşadın sədrliyi ilə keçirilib. Misirin görkəmli həkimi və qarisi Əhməd Nüeynəy, Şeyx Mahmud Əl-Xəşt, Şeyx Taha Əl-Nomani, Şeyx Yasir Əl-Şərqavi, Şeyx Əhməd Əbu Fuyuz, Şeyx Əhməd Təmim, Şeyx Məhəmməd Fəthullah Beybaers, Şeyx Yusif Həlavə və Şeyx Fəthi Əbdul-Munim Xəlif də daxil olmaqla böyük qarilərin iştirakı ilə keçirildi.
Misirin Vəqflər Nazirliyi, həmçinin Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sosial dəstək proqramlarını dəstəkləmək və Quran əhli, Quranı oxuyanlar və hafizləri əzizləmək üçün Quran dairələrində Quran tilavəti üçün verilən maddi mükafatı artırdığını açıqlayıb.
Qahirə məscidlərində böyük qarilərin iştirakı ilə Quran qiraət məclislərinin keçirilməsinin yeni dövrü İmam Hüseyn (ə) məscidində bir sıra məclislərin yaradılması ilə başlamışdı.
4095284