IQNA

İsveç müsəlmanları və xristianlarının Qurana dəstək üçün birgə proqramları

13:29 - August 16, 2023
Xəbər sayı: 3494609
STOKHOLM (IQNA) - İsveç paytaxtının ətraflarında yaşayan bir qrup müsəlman və xristian birgə proqramlar keçirməklə insanların Quran və İslam haqqında maarifləndirilməsini və İslamın müqəddəs yerlərinin təhqir olunmasına qarşı olduqlarını bildirməyi planlaşdırırlar.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmun kənarında yerləşən Fisksatra bölgəsində müsəlmanlar və xristianlar illərdir yan-yana yaşayırlar.

Onlar birlikdə “Sülh namazı” qılıb, mədəniyyət şənlikləri təşkil ediblər. Hətta bir-birinin yanında öz ibadətgahlarını da qurmağı planlaşdırıblar.

Bu birgəyaşayış İsveçdə müsəlmanların müqəddəs kitablarına edilən hücumların son dalğası ilə sınaqdan keçirildi. Lakin Fisksatra xalqı birlikdə bu çətinliyin öhdəsindən gəlməyə qərarlıdır. İyul ayında Fisksatra müsəlman və xristian icmalarının üzvləri Stokholmun Medborgarplatsen meydanında birlikdə Quranın təhqir olunmasına etiraz ediblər.

İsveç Kilsəsinin Naka İcma Kilsəsinin müavini Karl Dahlbek də həmrəylik nümayiş etdirmək üçün gələnlər arasında idi. Anadoluya verdiyi müsahibədə o, deyib: "Bu, təsirli bir hadisə idi. Çoxlu müsəlmanlar yanıma gəlib Quran yandırma aksiyasında iştirak etdiyim üçün təşəkkür etdilər. Mənimlə şəkil çəkdirmək istədilər".

İsveç İslam Dairəsi rəsmisi Məhəmməd Əqibin sözlərinə görə, Fisksatranın müsəlman və xristian icmaları bir-biri ilə əməkdaşlıq edəcəklər. O, əlavə edib: “Kilsədə dua və Quran tilavətinin ediləcəyi proqram təşkil edəcəyik”.

Qrup həmçinin sosial media platformalarında müqəddəs kitab haqqında maarifləndirici videolarla yanaşı, isveç dilinə tərcümə edilmiş Quran nüsxələrini də paylayacaq. O, həmçinin Səudiyyə Ərəbistanından tanınmış müsəlman alimi İsveçin əsas meydanlarında Quran oxumağa dəvət etməyi planlaşdırır.

4162586

captcha