IQNA

Hindistanda baş verən qarşıdurmalarda 3 müsəlman gənc həlak olub

2:10 - November 27, 2024
Xəbər sayı: 3497133
İQNA – Hindistanın Uttar Pradeş əyalətində müsəlmanlarla hindular arasında dini qarşıdurma zamanı üç müsəlman gənc polis gülləsinə tuş gəlib.

"Əl-Cəzirə" saytının verdiyi xəbərə görə, müsəlmanlarla hindular arasında qarşıdurma bu əyalətin beş əsrlik tarixi məscidinin Hindistan məbədinə çevrilməsi cəhdlərindən sonra baş verib.

Bu etirazlar Hindistanın paytaxtı Dehlidən 160 kilometr aralıda yerləşən Sambehal bölgəsində baş verib.

Polisi Hindutva ekstremist milis qrupu müşayiət edib və onlar məscidin təxminən 5 əsr əvvəl Moğollar dövründə dağıdılmış məbədin xarabalıqları üzərində tikildiyini iddia ediblər.

Məsciddə təhqiqat və tədqiqat işlərinə hindutva qruplarının müraciəti əsasında başlanılıb.

Sosial şəbəkələrdə dərc olunan paylaşımlarda hindu ekstremistlərinin tədqiqat qrupunu müşayiət edərkən müsəlmanlara qarşı təxribat xarakterli şüarlar səsləndirdiyi görünür.

Yerli media bu qarşıdurma zamanı 3 müsəlman gəncin polis güllələri ilə öldürüldüyünü bildirib.

İnsanlar həmçinin Hindistan rəsmilərini, o cümlədən məhkəmə sistemini, yerli hökumətləri və polisi məscidi məbədə çevirmək üçün sui-qəsddə ittiham ediblər.

Naradra Modinin hakimiyyətə gəlişindən bəri hindu ekstremistlərinin müsəlmanlara və onların məscidlərinə, tarixi abidələrinə qarşı hücumları artıb və zaman-zaman davam edir.

4250342

captcha