Qəzzada şəhidlərin sayı artaraq 44 min 976-ya çatıb. Sionist rejimin Qəzza zolağında həyata keçirdiyi intensiv hücumlar 436 gündür ki, davam edir.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında sionist rejim qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 5 hücumda 46 mülki vətəndaşın şəhid olduğu, 135 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Bu açıqlamada Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan hücumların nəticəsində şəhid sayının 44 min 976, yaralı sayının isə 106 min 759-a yüksəldiyi bildirilib.