IQNA

Qəzzada şəhidlərin sayı 46 minə yaxınlaşır

2:32 - January 09, 2025
Xəbər sayı: 3497397
İQNA - Sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumlarında şəhid olanların ümumi sayı 45 min 885 nəfərə çatıb.

Sionist rejimin Qəzzə zolağına hücumları 459 gündür ki, davam edir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, işğalçı qüvvələrin son 24 saatda həyata keçirdiyi 3 hücumda 31 fələstinlinin şəhid olduğu, 57 fələstinlinin isə yaralandığı bildirilib.

Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana şəhidlərin ümumi sayının 45 min 885-ə, yaralıların sayının isə 109 min 196-ya yüksəldiyi bildirilib.

captcha