IQNA

Qəzzada şəhidlərin sayı 71 min 850 nəfəri keçdi

8:00 - February 06, 2026
Xəbər sayı: 3499692
İQNA – Fələstin Səhiyyə Nazirliyi açıqlayıb ki, daha 27 fələstinlinin şəhid olması ilə Qəzza müharibəsində şəhidlərin ümumi sayı 71 min 850 nəfəri ötüb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günü bildirib ki, son 24 saat ərzində 27 şəhid və 18 yaralı Qəzza zolağındakı xəstəxanalara gətirilib.

Hələ də bir sıra qurbanlar dağıntıların altında və küçələrdə qalıb və yardım qruplarının həmin ərazilərə çata bilməməsi səbəbindən onların indiyədək çıxarılması mümkün olmayıb.

Nazirlik həmçinin açıqlayıb ki, 11 oktyabrda elan edilən atəşkəsdən bu yana qeydə alınan şəhidlərin ümumi sayı 574 nəfərə, yaralıların sayı isə 1 518 nəfərə çatıb. Bu müddətdə dağıntılar altından 717 şəhidin cəsədi çıxarılıb.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, bununla da 7 oktyabr 2023‑cü ildə sionist rejimin Qəzza zolağına qarşı müharibəyə başlamasından indiyədək ümumi şəhid sayı 71 min 851 nəfərə, yaralıların sayı isə 171 min 626 nəfərə yüksəlib.

Nazirlik humanitar vəziyyətin son dərəcə ağır olduğunu, tibbi imkanların kəskin çatışmazlığını vurğulayaraq, hücumların davam etməsi və yardımın qarşısının alınması halında itkilərin daha da artacağı barədə xəbərdarlıq edib.

ABŞ-ın dəstəyi ilə həyata keçirilən sionist rejimin Qəzzaya təcavüzü fələstinlilərin kütləvi qırğını ilə yanaşı, genişmiqyaslı dağıntılara səbəb olub; nəticədə Qəzza zolağının infrastrukturunun 90 faizi məhv edilib. BMT bu dağıntıların bərpa xərclərini təxminən 70 milyard dollar olaraq qiymətləndirib.

4332539

captcha