“İQNA”-nın Tehran Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Məhəmmədəmin Təvəkkülzadə - Tehran bələdiyyə sədrinin sosial işlər üzrə müavini İranın böyükşəhərlərinin Mədəni və Sosial Komissiyasının iclasında deyib: "İranın şəhid rəhbəri üçün üç günlük yola salınma mərasimi nəzərdə tutulub."
O bildirib: "Şəhid rəhbərin cənazəsinin yola salınma mərasiminin Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcəyi təyin olunub və biz paytaxtda 15-20 milyon nəfərdən çox əhalinin iştirakı üçün hazırlıq görürük."
Təvəkkülzadə mərasimin ən azı 24 saat davam edəcəyini və ona rəhbərliyin SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən həyata keçiriləcəyini bildirərək deyib: "Şəhid rəhbərin yola salınma mərasiminin keçiriləcəyi məkan çox güman ki, Tehranın Müsəlla meydanı və ya İmam Xomeyninin (r.ə) türbəsi olacaq."
O, İranın şəhid rəhbərinin cənazəsinin dəfn olunacağı yer haqqında da deyib: "Şəhid imamın dəfn ediləcəyi yer, onun vəsiyyəti və yaxınlarının tövsiyələrinə əsasən, İmam Rzanın (ə) müqəddəs türbəsi olacaq və onun cənazəsi orada əbədi istirahət edəcək."
Tehran bələdiyyə sədrinin müavini əlavə edib: "Məşhədin də özünəməxsus atmosferi var, çünki ölkənin şərqi çox güman ki, qonşu ölkələrdən ən çox iştiraka sahib olacaq. Çox güman ki, Məşhəddə əziz Pakistanlı, Əfqanıstanlı, Hindistanlı, Banqladeşli və Kəşmir xalqından olan qonaqlar qəbul ediləcək."
O, həmçinin bildirib ki, şəhid rəhbərin cənazəsinin İraqda yola salınma mərasiminin keçirilməsi məsələsi araşdırılır.
4355868