IQNA

Quranın Fransız əsilli xidmətçisi: Yəhya Kristian Bonaud

23:46 - August 30, 2019
Xəbər sayı: 3485751
"Yəhya Kristian Bonaud Avropa və Afrika ölkələrində tanınmış alim, arif və Əhli-Beyt (ə) məktəbinin layiqli təbliğçisi idi. Onun əsərləri bu ölkələrdə çoxsaylı müsəlman oxucular tərəfindən sevilərək oxunur.

Quranın Alman əsilli xidmətçisi: Yəhya Kristian Bonaud

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransada yaşamış Alman əsilli müsəlman təbliğçi, Quran xidmətçisi, bir çox İslami kitabların mütərcimi və şiə məzhəbinin Avropda tanınmış məşhur siması Yəhya Kristian Bonaud cari ayın 26-da (Avqust 2019) Fil Dişi sahili respublikasında vəfat edib. Bu münasibətlə bu dəyərli alim və maarifçinin həyatı barədə oxucularımıza qısa məlumat verəcəyik.

Mərhumu yaxından tanıyan "Tərcümane-Vəhy" müəssisəsinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Nəqdi bu barədə İQNA-ya yaddaşt göndərib. Yaddaştda deyilir:

"Yəhya Kristian Bonaud Avropa və Afrika ölkələrində tanınmış alim, arif və Əhli-Beyt (ə) məktəbinin layiqli təbliğçisi idi. Onun əsərləri bu ölkələrdə çoxsaylı müsəlman oxucular tərəfindən sevilərək oxunur.

Yəhya Ələvi 1957-ci ildə Almaniyanın Frayburg şəhərində Fransalı katolik ailəsində dünyaya gəlib. Cavanlıqdan şərq dinləri ilə tanış olmağa başlayıb. Həmin vaxtlarda Fransalı müsəlman filosof Rene Guenonun (1886-1951) əsərləri ilə tanış olub. Bir müddət araşdırma apardıqdan sonra 1979-cu ildə İslam dinini qəbul edib.

Yəhya Kristian Bonaud sonralar İslamşünaslıq və Ərəb dili üzrə təhsil aldı. Təhsil aldığı dövürdə şiə irfanını qərbə tanıtdıran Henri Korbinin (1903-1978) əsərləri ilə tanış oldu.

22 yaşlı Bonaud sonralar Afrikalı arif və Ticaniyyə təriqətinin şeyxi Əhməd Həmpatədən təsirlənərək Əhli-Beyt (ə) məktəbini seçidi və şiə oldu. Şiə olduqdan sonra adını dəyişərək özünü Yəhya Ələvi adlandırdı.

Uşaqlığını Əlcəzayirdə və cavanlığını Fransanın Strasburq şəhərində keçirən Yəhya Ələvi araşdırmaları sırasında İmam Xomeyninin (r.ə) əsərləri ilə tanış oldu. O, İmamın (r.ə) siyasi-irfani şəxsiyyətinin vurğunu idi. Buna görə də 1995-ci ildə öz doktorantura tezini "İmam Xomeyninin (r.ə) irfani və fəlsəfi əsərlərində ilahiyyat" mövzusunda müdafiə etdi.

Yəhya Ələvi bu tezisini yazmaq üçün 1991-ci ildə İran İslam Respublikasına gəlmişdi. Bu səfərində Ayətullah Cavadi Amuli və Ayətullah Seyid Cəlaluddin Aştiyani ilə tanış olaraq yeddi il onların hüzurunda təhsil aldı.  

Yəhya Ələvi İran İslam Respublikasının "Tərcümani Vəhy" müəssisəsi ilə tanış olduqdan və bir müddət burada çalışdıqdan sonra Qurani-Kərimi beş il müddətində Fransız dilinə tərcümə etdi. Bu tərcümənin ilk cildi 2000-ci ildə çap və nəşr edildi.

Bunodudun Ərəb və Fransız dillərində yazdığı bir çox əsərləri yadigar qalmışdır ki, onların bəziləri aşağıdakılardır: "İslam irfani və sufilik" (Paris, 1991), "İmam Xomeyni, 20-ci əsrin tanınmamış arifi" (Beyrut, 1997), "İmam Xomeyninin ilahi-siyasi vəsiyyətnaməsi" (Paris, 2001), "İslam İnqilanı ayini" (Fransa, 2003), "Nəfslə mübarizə" (Tehran, 2006).

Qeyd edək ki, Yəhya Ələvi Avqust ayının 26-da Fil Dişi Sahili respublikasına Məhərrəmlik ayı ilə bağlı səfəri zamanı 62 yaşında dünyasını dəyişdi.  

http://iqna.ir/fa/news/3838248

captcha