IQNA

Xoşbəxtlik yolu çətinliklərdən keçir

19:05 - July 05, 2022
Xəbər sayı: 3492511
İnsan rifah və rahatlıq içində olduğu müddətcə Allah haqqında və Allaha olan ehtiyacı haqqında daha az düşünür. Amma çətinlik və problemlərlə qarşılaşdıqda daima Allahı xatırlayır və Allahdan kömək diləyir. Bəzən imanı zəif olan insanlar Allahdan və Onun qüdrətindən məyus olurlar.

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Rza Heydəri, xoşbəxtlik yolunun çətinliklərdən keçməsi barədə deyib:

Uca Allah Əraf surəsinin 94-cü ayəsində buyurur: "Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya16 (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!".

Bu ayə ilahi bir ənənəyə işarə edir. Buna əsasən, Allah hər hansı bir qəbiləyə peyğəmbər göndərdikdə, insanların iman gətirmələri üçün bir şərait yaratmalıdır ki, insanlar peyğəmbərə müsbət cavab versinlər.

Çətinliklər və çatışmazlıqlar peyğəmbərlərin risalətini qəbul etmək üçün münasib zəmindir. Çünki insan nemət və rifahda olduğu müddətcə ona bu nemət və rahatlığı verən Allaha diqqət yetirməkdən qəflət edə bilər. Lakin o, çətinliyə düşəndə ​​avtomatik olaraq Rəbbi yadına düşür.

Peyğəmbər Allah tərəfindən göndərildikdən sonra insanlar ya Allahın Peyğəmbərinin dəvətini qəbul edirlər, ya da Peyğəmbəri təkzib edirlər. Bu vəziyyətdə çətinliklər bir müddət sonra aradan qalxır. Başqa bir qanun yaranır ki, ona "istidrac" (tədrici möhlət) deyirlər. "Əraf" surəsinin 182-ci ayəsində bu ilahi qanunun mənası haqqında belə buyurulur: "  Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq (dərəcə-dərəcə aşağı endirəcəyik)!". Buna görə də, iman gətirməyənlər rifahda olduqları halda, mənəvi tənəzzül və bədbəxtliyə düçar olarlar. Özləri də bilmirlər ki, hansı bəladaya düşüblər.

Ona görə də bilməliyik ki, hər bir nemət Allahın bizdən razı olmasının əlaməti deyil. Hər bir rifah və rahatlıq Allahın bizə olan nemətinin əlaməti deyil. Bəzən çətinliklər və çatışmazlıqlar Allahın bir nemətidir. Bu hallar ilahi imtahanın xüsusiyyətləridir.

Allaha və Onun ayələrinə inanmayanlar üçün nemət artırılacaqdır. Bu, məhv və bədbəxtliklə bitən yolun başlanğıcıdır. Nəticə budur ki, Allah belə buyurur: "Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq" (Əraf, 95).

Əgər möminin rifahı və rahatlığı varsa, onun ruhu tam rahat deyil. Daha doğrusu, əlini duaya qaldırıb deyir: "Ya Rəbbim, bu nemətlər mənə əzab vasitəsi olmasın, sənin lütfün olsun". Əksinə, çətinliklər yaşasa, məyus olmaz, Allah mənə etinasızlıq etdi deməz. Daha doğrusu, deyir ki, Allah məni imtahana çəkmək və məqamımı yüksəltmək istəyir.

3966408

 

Ad:
E-poçt:
* Comment:
* :