IQNA

Quran baxımından paxıllığın müalicəsinin yolları

11:00 - August 19, 2022
Xəbər sayı: 3492750
Paxıllıq paxıl insana ən böyük zərbəni vuran və depressiya kimi mənfi nəticələrə səbəb olan bir rəzilətdir. Bu ruhi xəstəliyin müalicəsinin zəruriliyi o dərəcədədir ki, Qurani-Kərimin bir çox ayələrində onun müalicəsinə təkid və tövsiyə edilmişdir.

"Paxıllıq" insanın təkcə cisminə deyil, həm də onun ruhuna zərər vurur. O, başqalarına zərər verməkdən daha çox insanın özünə zərər verən xüsusi xüsusiyyətdir. Bu xislət o qədər pis və təhlükəlidir ki, Allah Peyğəmbərə (s) buyurmuşdur ki, paxıllıqdan mənə sığın.

Bu xüsusiyyət insanı yoldan çıxarır və hətta qətlə yetirməyə qədər gedə bilər. Peyğəmbər (s) bu xüsusiyyət haqqında buyurmuşdur: "Paxıllıqdan çəkinin, çünki Qabilin həsədi Adəmin oğlunu qardaşı Habili öldürməyə vadar etdi. Həsəd edən Allahı inkar edir. Çünki o, Allahın hökmündən razı deyil.

Quranın əsasən, paxıllığın yaranmasında birinci amil düşmənçilikdir. Necə ki, Bəqərə surəsinin 109-cu ayəsində buyurulur: "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər".

Allah “Yasin” surəsinin 15-ci ayəsində paxıllığın formalaşmasında başqa bir amil kimi özünü üstün tutmaq və başqalarını özündən aşağı görmək hesab edir. Bu ayədə Allah buyurur: "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız! -dedilər".

Başqası bu nemətə sahib olsa, mənim sahib olduğum nemətin azalmasına səbəb olacağı qorxusu, paxıllığın başqa bir amilidir. Halbuki Allah kiməsə nemət versə, başqalarının nemət payını azaltmaz.

İmam Əlinin (ə) buyurduğuna görə, həsədin ən yüksək zərbəsi depressiyadır. O həzrət buyurur ki, "Paxıllığın ən yüksək zərbəsi insan narahatlığına səbəb olan depressiyadır".

"Fələq" surəsində deyildiyinə əsasən, paxıllıq edən şəxs də, həsəd olunan şəxs də şeytan və şeytanın vəsvəsələrindən amanda olmaq üçün Allaha sığınmalıdır.

3981549

Ad:
E-poçt:
* Comment:
captcha