IQNA

Quran surələri / 36

“Yasin” surəsi Quranın qəlbi və əsasıdır

10:03 - October 17, 2022
Xəbər sayı: 3493090
Qurani-Kərimdə müxtəlif mətləb və məsələlər bildirilmişdir. Lakin Quranın ən mühüm və əsas məzmunu dinin üç əsasını, yəni tövhid, nübüvvət və məadı hesab etmək olar ki, Quranın müxtəlif hissələrində o cümlədən “Yasin” surəsində zikr edilmişdir.

Qurani-Kərimin otuz altıncı surəsi “Yasin” adlanır. 83 ayədən ibarət bu surə 22 və 23-cü cüzlərdədir. “Yasin” Məkkə surələrindən biridir ki, İslam Peyğəmbərinə nazil olan 41-ci surədir.

Bu surə müqəttəə hərfləri “Ya və Sin” ilə başlayır və bu adla tanınır. Rəvayətlərə görə, "Yasin" surəsi Quranın ən fəzilətli surələrindən biridir və ona “Quranın qəlbi” ləqəbi verilir.

Bəzi mütəxəssislərin fikrincə, "Yasin" surəsini ona görə Quranın qəlbi adlandırırlar ki, Qurani-Kərimdə qeyd olunan bütün məzmun və prinsiplər bu surədə təqdim olunur. Əgər bir şəxs onun ayələrinə diqqət yetirsə, elə bil, bütün Quranı başa düşüb.

“Yasin” surəsi müşriklərin məad məsələsini inkar etdikləri zaman nazil olmuşdur. Allah bu surəni onlara cavab olaraq nazil etmişdir.

"Yasin”surəsində dinin üç əsası, tövhid, nübüvvət və məaddan bəhs edilir. Ölülərin dirilməsi və qiyamətdə bədən üzvlərinin danışmasından bəhs edilir. Həmçinin bu surədə kənd səhabələri və Ali-Yasin mömininin əhvalatı qeyd olunur.

Bu surədə tövhid, nübüvvət və qiyamət kimi üç əsasdan bəhs edilir. Başlanğıc ayələri peyğəmbərlik məsələsi və onun fəlsəfəsi və insanların peyğəmbərlərin dəvətinə reaksiyasından bəhs edir. Peyğəmbərlərin dəvətinin qəbul və rədd edilməsində xalqın vəziyyətini bəyan edir. Peyğəmbərlərin doğru dəvətinin nəticəsinin xalqın dirilməsi olduğunu və yalnız bu dəvəti qəbul edənlərin səadətə doğru yolda olacağını bildirir.

Sonra tövhid haqqında ayələr var ki, Allahın birliyinin əlamətlərini sadalayır. Bundan sonra qiyamət günü ölülərin dirilməsi və cəzasını almaq və günahkarları təqvalılardan ayırmaq məsələsi gəlib. Həmin gün bədən üzvlərinin danışacağı söylənmişdir.

Qiyamətlə bağlı bölmə bu surənin ən mühüm hissəsidir ki, qiyamətin müxtəlif dəlillərindən və əlaqələrin mahiyyətindən və Qiyamət günü, dünyanın sonu, cənnət və cəhənnəmlə bağlı sual-cavablardan bəhs edir. Bu müzakirələrin əvvəlində qafillərin və nadanların oyanması və ayıqlığı üçün sarsıdıcı ayələr vardır.

Nəhayət, surənin son ayələri o gün günahkarların və əməlisalehlərin vəziyyətini təsvir edir. Surənin sonunda dinin üç əsası, yəni tövhid, nübüvvət və qiyamət haqqında xülasə verilir və onlar haqqında dəlillər gətirilir.

Bu surədə Allahpərəstliyə dəvət etmək üçün bir şəhərə daxil olan üç elçinin əhvalatından bəhs edilir. Amma oradakı insanlar bu üç elçinin dəvətini qəbul etmədilər. Mənbələrdə onların Allahın və ya İsanın (ə) elçiləri olduqları bildirilir. Bu arada bir kişi o elçilərə iman gətirdi və insanları onlara tabe olmağa dəvət etdi. Lakin şəhər əhalisi onu öldürdü və bu hadisədən sonra ilahi əzaba düçar oldular. Bu şəxsin adı Quranda qeyd olunmur. Lakin hədis və təfsir mənbələrində onun adı “Həbib Nəccar” adlandırılmış, özü və imanından əzəmətlə yad edilmişdir. Onun dəfn yeri Türkiyənin Antakya bazarındadır.

captcha