IQNA

Quran surələri / 40

“Ğafir” surəsində duanın qəbul olunma şərtləri

11:28 - November 13, 2022
Xəbər sayı: 3493252
Allah “Ğafir” surəsinin 60-cı ayəsində vurğulayır ki, məni çağır ki, sənə cavab verim, duanın qəbul olunmasının şərti onu Allahdan istəməkdir.

Qurani-Kərimin qırxıncı surəsi “Ğafir” adlanır. 85 ayədən ibarət bu surə 24-cü cüzdə yerləşdirilmişdir. Məkkə surələrindən olan "Ğafir" surəsi İslam Peyğəmbərinə (s) nazil olan 60-cı surədir.

“Ğafir” bağışlayan deməkdir. Bağışlamaq Allahın sifətlərindəndir ki, bu surənin üçüncü ayəsində qeyd olunur. Bu səbəbdən ona “Ğafir” deyirlər.

Bu surənin əsas məqsədi kafirlərin özlərinə nazil olan həqiqəti (Quran) aradan aparmaq üçün etdikləri mübahisənin batil olduğunu göstərməkdir. Buna görə də Allah peyğəmbərləri və ilahi ayələri inkar edənlərin aqibətini və onlara vəd edilən əzabları xatırladır.

Bu surənin mövzularını bunlarda xülasələşdirmək olar. Bu surənin əvvəlki ayələri Allaha və Onun bəzi gözəl adlarına diqqətdir. Sonra kafirlərin dünya və axirət əzabları ilə hədələnməsindən bəhs edir. Musa (ə) və Fironun əhvalatını və Firon ailəsinin mömininin əhvalatını xatırladır. Tövhidin dəlili və şirkin batil olması, peyğəmbərin (s) səbrə dəvəti və Allahın bəzi nemətlərindən bəhs edilməsi bu surənin digər mövzularındandır. Bu surədə keçmişdən ibrət almaq üçün müxtəlif yerlərə səfər etmək də vurğulanır.

“Ğafir” surəsinin 28-dən 45-ə qədər olan ayələri Ali Fironun mömininin əhvalatından bəhs edir. Firon ailəsinin mömini Fironun əmisi oğlu və xəzinədarı idi. O, öz uzun ömründə imanını Firondan gizlətdi. Həzrət Musanın (ə) açıq dəvəti zamanı Firon ailəsindən olan mömin öz imanını aşkar etdi və nəhayət Firon tərəfindən öldürüldü. Onun əlləri və barmaqları çarmıxda qurumuş və iflic olmuşdu. Bu halda öz qövmünə işarə edərək dedi: "Mənə itaət edin ki, sizi inkişaf və kamillik yoluna aparım".

Bu surənin digər mövzularından biri də duanın Allah tərəfindən qəbul edilməsidir. “Ğafir” surəsinin 60-cı ayəsində buyurulur: “Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”.

Təfsirlərdə duanın qəbul olmasının şərtləri haqqında bəhs olunur. Qeyd olunur ki, dörd dəstənin duası qəbul olunmaz: Evdə oturub “Allahım, mənə ruzi ver” deyən şəxsin duası; Həyat yoldaşından narazı olan və ondan xilas olmaq üçün dua edən kişi; Mallarını boş yerə xərcləyib, “Allahım, mənə ruzi ver” deyən şəxsin duası. Şahid tutmadan kiməsə borc verən şəxsin duası.  

captcha