IQNA

Günahların növləri

10:32 - May 09, 2023
Xəbər sayı: 3494146
İnsan həyatı boyu günahlar edir ki, bu da bəzən ona uzunmüddətli təsir göstərir. Bunlar insanın özünə və başqalarına qarşı diqqətsizliyi səbəbindən edilir. Günahın mənəvi təsirlərinin insandan uzaqlaşması üçün onları islah etməyə ehtiyacı vardır.

Bəzən insanın günahı etmək fürsəti olur və onu etmək üçün heç kimdən qorxmur. Əgər bu şəxsin həmin günahı etmək qüdrəti olduğu təqdirdə etməsə və onu tərk etsə, onun əməyi qiymətlidir və böyük savabı vardır.

Allahla münasibətdə insan bir yaxşılıq etmək istəyəndə, etməsə də, Allah ona savab verər. Çünki yaxşılıq etmək istəyi qəlbində var idi. Amma pis bir iş görmək istəsə, amma onu etməsə, bu onun üçün günah sayılmır.

İnsanların etdiyi günahlar iki növ dür; Bir qrup günahlar var ki, onları etdikdən sonra sona çatır. Lakin təsiri davamlı və ya daimi olan günahlar var ki, insan yatarkən və ya hətta Allaha ibadət edərkən belə, etdiyi günahların təsiri onun yanındadır. Hətta Qiyamət gününə qədər də davam edə bilər. Qurani-Kərimdə vurğulandığı kimi: "Həqiqətən, ölüləri dirildən, onların (əvvəllər) nə etdiklərini və (özlərindən sonra) qoyub getdiklərini (əsərlərini) yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın bir kitabda (lövhi-məhfuzda, yaxud əməl dəftərində və ya açıq-aşkar bir imamın yanında) yazmışıq" (Yasin, 12(.

Bu bölmədə günahlar üç qismə bölünür: edilmiş günahlar (Feliyyə), tərk edilmiş günahlar (tərkiyyə) və qəlbi günahlar (qəlbiyyə).

Edilmiş günahlar (Feliyyə) insanın icazəsiz yerə, evə və ya bir əşyaya sahib çıxmaq və ondan istifadə etmək kimi nəticəsi özünə və başqalarına qalacaq bir günah etməsidir. Belə bir günahın təsiri insanlar üçün davamlıdır; İnsan ölsə və övladları o cihazdan istifadə etsə belə, onun günahı həmin şəxsə hesablanar.

Günahların başqa bir növü Tərkiyyə günahlarıdır. Bu o deməkdir ki, insan günah etdikdə tövbə etməlidir, lakin tövbəsini gecikdirsə, ona bir günah yazılar.

Üçüncü hissə, nəhy əz münkəri tərk etməkdir. Əgər bir şəxs başqasında günah görsə və onu günahdan çəkindirməsə, bu, ona günah kimi yazılar: كانُوا لا يَتَناهَوْنَ عَنْ مُنكَرٍ فَعَلُوهُ لَبِئْسَ ما كانُوا يَفْعَلُونَ

"Bir-birini pislikdən çəkindirmədilər. Etdikləri əməl pis idi" (Maidə, 79).

4049078

captcha