IQNA

Hədis ustadları (2)
10:45 - April 14, 2015
Xəbər sayı: 3140678
Elmi Dini Hövzələr qrupu: O, İmam Mehdinin (ə.f) duası ilə dünyaya gəldi. Bu duanın bərəkətindən hafizə və dərkdə öz həmyaşıdlarının hamsından fərqlənirdi. Hafizəsi misal vurulardı. Bu duanın bərəkətinə idi ki, 70 illik ömründə 300-ə yaxın kitab yazdı.


İQNA - (Beynəlxalq Quran Xəbər Agentliyi) Dini Elmi Hövzələr qrupu İslam Peyğəmbərinin (s) "Saleh və yaxşı insanlar xatırlanarkən Allahın (c.c) rəhməti nazil olar" hədisini rəhbər tutaraq qərara alıb ki, bundan sonra vaxtaşırı olaraq şiənin elmi irsində böyük iz qoyub getmiş hədis alimlərindən birini qısa olaraq oxucularına tanıtdırsın. 



Əbu Cəfər Şeyx Səduq ibn Babəvəyh Qumi (306-381 hq)



Əli bin Hüseyn bin Musa bin Babəvəyhin övladı olmurdu. Yaşı əllini keçmişdi ki, yolu Bağdada düşdü. Orada 3-cü naib Hüseyn ibn Ruh Nobəxti ilə görüşərək İmam Zamana (ə.f) məktub yolladı ki, İmam (ə.f) onu övlad barədə dua etsin. İmamın (ə.f) xeyir-duası ilə Allah ona 3 oğul övladı verdi.



Bunlardan biri hicrinin 306-cı (ya 307, ya 309) ilində dünyaya gələn Əbu Cəfər Məhəmməd bin Əli bin Hüseyn ibn Babəvəyh Qumidir. O, İmam Mehdinin (ə.f) duası ilə dünyaya gəldi. Bu duanın bərəkətindən hafizə və dərkdə öz həmyaşıdlarının hamsından fərqlənirdi. Hafizəsi misal vurulardı. Bu duanın bərəkətinə idi ki, 70 illik ömründə 300-ə yaxın kitab yazdı.



Elminin şöhrəti səbəb oldu ki, Rey hakimi Həsən Rüknüddövlə onu sarayına dəvət etsin. O saraydakı maddi imkanlardan yararlanaraq Məkkə-Mədinə, Kufə, Bağdad, Xorasan, Əfqanistan, Fərğanə, Daşkənt və s... kimi böyük şəhərlərə səfər edərək Əhl-Beytdən (ə) yadigar qalan hədis irsini toplasın.



Əfqanıstana olan ikinci səfərində Bəlx əyalətinin İlaq regionunda dostları ondan İslam fiqhində bir kitab yazmalarını xahiş etdilər. O da sonralar şiənin 4 əsas kitablarından biri olan "Mən la yəhzurul-fəqih" kitabını yazdı.



Bundan əlavə Şeyx Səduqun 300-ə yaxın kitabı olmuşdur ki, onlardan təkcə 20 əsər dövrümüzə gəlib çıxmışdır.



Bunlardan "əl-Xisal, Sifatuş-şiə, Fəzailuş-şiə, İləl əş-şərayi, Məanil-əxbar, ət-Tövhid, əl-Əmali, əl-Hidayə, Kəmaluddin və təmamun-nemət və s... mühüm kitabları göstərmək olar.



Şeyx Səduq Reydə qaldığı zamanlarda da əhl-sünnə alimləri ilə münazirə məclisi qurar və Əhl-Beytin haqqını isbat etməyə çalışardı.



O, "Uyunu Əxbar ər-Riza" kitabanı Rey hakimi Həsən Rüknüddövlənin vəziri Sahib ibn Ubbada hədiyyə olaraq yazmışdı. Çünki Şeyxin Xorasana səfərinin vəsait və şəraitini Sahib təşkil etmişdi.



Qeyd edim ki, Şeyx Səduqun atası Əli bin Babəvəyh şiə aləminin ilk müctəhidi və Şeyx Səduq özü ikincisi olmuşdur. Bundan sonra isə Şeyx Müfid, Seyid Mürtəza və Şeyx Tusi sıra ilə şiələrin mərcəiyyətini öhdələrinə almışlar.  



Şeyx Səduq bərəkətli bir ömürdən sonra hicri tarixi ilə 381-ci ildə vəfat etmişdir, qəbri Reydə ziyarətgahdır.



Hazırladı: Mirməhəmməd Bəşir    

Teqlər: hədis ، qum ، səduq ، tusi ، müfid ، məclisi
Ad:
E-poçt:
* Comment:
* captcha: