IQNA

Hindistanda fəhlələrin ürəkağrıdan durumu: günlərdir ac-susuz yol gedirlər - FOTO

22:42 - April 03, 2020
Xəbər sayı: 3487011
Yüzlərlə kilometr uzaqdakı kəndlərinə qayıtmağa çalışan hindli fəhlələr günlərdir piyada gedirlər. Onların çoxu ac və susuzdur. Aralarında yaşlılar, qadınlar və uşaqlar da var.
Yüzlərlə kilometr uzaqdakı kəndlərinə qayıtmağa çalışan hindli fəhlələr günlərdir piyada gedirlər. Onların çoxu ac və susuzdur. Aralarında yaşlılar, qadınlar və uşaqlar da var.
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, söhbət Hindistanda koronavirus səbəbiylə komendant saatı elan edilmiş, kəndlərinə qayıtmağa çalışan fəhlələrdən gedir. Valideynlər övladlarını çiyinlərində daşıyırlar.
Hindistanda 25 Martda elan edilən küçəyə çıxma qadağasının ardından nəqliyyat təxirə salınıb, iş yerləri bağlanıb və istehsal dayandırılıb.
Beləliklə, böyük şəhərlərdə işləyən fəhlələr kəndlərinə qayıtmaq üçün yola düşüblər. Bununla birlikdə, bu, koronavirusun kəndlərə yayılma ehtimalını özü ilə bərabər gətirib.
Hindistanda belə böyük bir insan seli, ingilis müstəmləkə dövrü bitdikdən sonra, 1947-ci ildə müsəlmanların Pakistana və hinduların Hindistana ayrılması zamanı yaşanıb.
Yeni Delhi hökuməti 21 günlük karantin prosesini 25 martda koronavirusla mübarizə çərçivəsində başladıb.1,3 milyard insanın yaşadığı dünyanın əhali baxımından ən sıx ikinci ölkəsindəki tətbiq olunan küçəyə çıxmaq qadağasından yalnız marketlər və apteklər kənarda qalıb. Hökumət komendant saatı barədə vətəndaşlara cəmi 4 saat əvvəlcədən məlumat verib.
Dünyanın ən böyük karantin səhnəsi olan Hindistanda işçi qüvvəsi humanitar böhrana çevrilib.
Böyük şəhərlərə köç edən fəhlələr ümumiyyətlə gettolarda yaşayırlar.
Gündəlik qazancı kəsilən və heç bir ehtiyatı olmadan işləyən fəhlələrin bazarlarda alış-veriş etməyə maddi imkanları yoxdur.
Yaşamaq üçün çətinliklə də olsa kəndlərinə qayıtmalıdırlar.
Ölkədə qatar xidmətləri dayandırılıb, taksilər fəhlələrin verə biləcəyi məbləğdən çox qiymət tələb edir və Nyu-Dehliyə gətirilən avtobuslarda yer tapa bilmirlər.
Onların edə biləcəyi yeganə şey piyada getməkdir və bunu da edirlər.
Hindistan hökuməti 500-600.000 miqrant fəhlənin şəhərlərdən kəndlərinə doğru getdiyini bildirir.
Böhran dərinləşdikcə hakimiyyət fəhlələrə nəqliyyat, sığınacaq və ərzaq yardımı etməyə çalışır. Ancaq çox gecdir. Çətin şəraitdə yüzlərlə kilometr yolu getməyə çalışanların bəziləri sərt şərtlərə tab gətirməyərk yolda dünyalarını dəyişiblər, digərləri yol qəzalarında ölüb. Bəziləri isə ştatların sərhədlərində polis tərəfindən sərt şəkildə döyülür.Ölkənin şimalındakı Haryana ştatında işləyən və yaşayan 50 yaşlı Şiv Kumari ev sahiblərinin onu zorla çölə atdığını deyir. Çarəsiz qaldığını bildirən Kumari, bu vəziyyətə düşdükləri üçün 28 yaşlı oğlu ilə birlikdə çantalarını yığaraq 900 kilometr uzaqlıqdakı evlərinə getmək üçün yola çıxdıqlarını bildirir. O bildirir ki, 5 gündür yol gedirlər.
 
 
 
 
 
 

 

captcha