IQNA

Tövhid əsasında tərbiyə necə mümkündür?

19:58 - October 02, 2022
Xəbər sayı: 3493012
Təkcə arqument və fəlsəfə cəmiyyəti tövhid tərbiyəsinə gətirə bilməz. Ona görə də peyğəmbərlər insanların fitrətinə diqqət yetirmişlər ki, onların zəkalarını onun işığında inkişaf etdirsinlər. Nəfsani istəkləri ağıl və fitrətin xidmətinə gətirsinlər.

İslam maarifi və təfsir ustadı Höccətül-İslam Əbdül-Kərim Behcətpur bir çıxışında tövhid əsasında tərbiyənin xüsusiyyətlərini ifadə etmişdir ki, onun mətnini aşağıda oxuya bilərsiniz:

Tövhid tərbiyəsi o deməkdir ki, bizim sevgimiz, qəzəbimiz, məhəbbətimiz Allahın sevgisi çərçivəsində olmalıdır. Biz Onun xoşuna gələn hər şeyi bəyənməliyik. Müvəhhid insan şəxsi və ictimai sahədə bütün işlərini Allahın izni və iradəsi ilə görür.

Tövhid əsasındakı tərbiyədə insanların baxışlarında, rəftarlarında və davranışlarında əks olunan Allah haqqındakı biliklərin artmasına ehtiyacımız var. Tövhid əsasındakı tərbiyədə fitrət yolundan uzaqlaşmış insan istisna olmaqla, dinləyicini qəbul etməkdə mürəkkəblik olmamalıdır.

Tövhid tərbiyəsinə doğru hərəkət, peyğəmbərlərin göndərildiyi yola aparır. Bu yolu getmək üçün Quranın nazil olduğu yolla getməkdən başqa yol yoxdur.

Tövhidə əsaslanan tərbiyə bizə ümumi, fərdi və sosial koordinatlarda nə etməli olduğumuzu öyrədir. Quran tərbiyə mövzusunda tərbiyə imkanı yaradacaq bir mühit yaratmağa çalışır.

Din alimlərinin vəzifəsi cəmiyyət qurmaqdır

"(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Ola bilsin ki, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər! (Toubə, 122). "Bu ayəyə əsasən, biz insanları xəbərdar etməyə borcluyuq. Əslində din alimlərinin vəzifəsi cəmiyyət qurmaqdır. Bu baxımdan Quranın tərbiyəsi cəmiyyətə aiddir.

Cəmiyyətin peyğəmbəri olmasa, təbii ki, dini elmdən və ilahi hidayətdən xəbərsiz olmaqdan qaynaqlanan ixtilaflar olacaq. Peyğəmbər (s) vəhyin mehvəriyyəti ilə gəldiyi zaman ixtilafları aradan qaldıracaq. Yenidən cəmiyyətin ixtilafları olacaq. Amma ikinci ixtilaf cəhalətdən deyil, bilik və nəfsani istəklərdən qaynaqlanır. Ona görə o bilib və əyri yolu gedənləri tərbiyə etmək çətindir. bəzi hallar isə tərbiyə olunmazdırlar.

Peyğəmbər (s) əvvəlcə ixtilafları aradan qaldırdı və möminlər bir-birinə qardaş olub qardaşlıq əqdi oxudular. Lakin tədricən İslam cəmiyyətində təfriqə yarandı və Peyğəmbər (s) əmrlər verdi, bəziləri isə açıq və üstüörtülü şəkildə müxalifət etdi.

Peyğəmbərlər tövhid tərbiyəsində fitrətə diqqət yetirirlər

Peyğəmbərlər instinktin qarşısında fitrətə diqqət yetirmiş və onları fitrətlərinə doğru sövq etmişlər. Biz cəmiyyət qurmağa çalışarkən insanları onların xüsusi fitrətinə, yaradılışına doğru aparmağı bacarmalıyıq.

Ad:
E-poçt:
* Comment:
captcha