IQNA

Əqidə prinsipləri, tövhid / 2

İnsanın fitri meyldən uzaqlaşmasının 12 amili

11:33 - November 20, 2022
Xəbər sayı: 3493288
İnsanları zati olaraq dinə yönəldən meyl mənasını verən fitrət bəzi amillərin təsirinə düşərək unudula bilər.

Fitrət (və onun yaratdığı meyllər) bəzən tamamilə aşkar, bəzən də tozlu olur. Burada fitrətin parlamasına mane olan və bir bulud parçası və ya bir toz kütləsi kimi fitri işləri örtən bəzi şeylərin adını çəkək.

1_ Kor-koranə başqalarını təqlid etmək.

2_ Rifah və maddi şeylərə qərq olmaq.

3_ Ətraf mühitdən təsirlənmək. Həzrət Musa (ə) qövmü ilə birlikdə camaatının bütlərə sitayiş etdiyi bir yerə daxil oldu. Musanın (ə) qövmü onları və bütlərini görən kimi ona dedilər: Bizim üçün də bütdən məbud qərar ver. “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt! (Musa belə) cavab verdi: Siz, doğrudan da, cahil bir tayfasınız!” (Əraf, 138).

4_ Ədəbsiz reklamlar. Ola bilsin ki, zəhərli reklamlarla bəyənilən işlər xoşagəlməz və bəyənilməyən işlər bəyənilən görünsün. Fironun özünün məbud olmasını söylədiyi kimi ki, dedi: "Mən sizin ən böyük Rəbbinizəm” (Naziat, 24). Bu, onun qövmü tərəfindən qəbul edilmişdi.

5_ Din müxalifləri tərəfindən təhdid və qorxu yaratmaq.

6_ Başqa məzhəblərin fikir və rəylərinin qarşısında özünü itirmək.

7_ Azğın sənətkarlara tabeçilik. Həzrət Musa (ə) münacat etmək və Allahdan vəhy almaq üçün Tur dağına getmişdi. Sənətkar olan Samiri bu fürsətdən istifadə edərək buzov düzəltdi və insanları buzovpərəst etdi. “(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içindən) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: (Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir)” (Taha, 88).

8_ Majoritarizm. Bəzən insan özü də bilir ki, nəsə yalan və ədalətsizdir, amma əksəriyyət bəyəndiyi üçün cəmiyyətə tabeçilik edir.

9_ Şeytani vəsvəsələr.

10_ Məsxərə eşitmək. Bəzən insan başqalarının məsxərəsinə məruz qalmamaq üçün öz düzgün təsəvvürlərini ifadə etməkdən çəkinir.

11_Nəfsani istəklər. Nəfsani istəklər və ardınca gələn instinktlər fitri hadisələrin baş verməsinin qarşısını alır.

12_ Pis dost. Bəzən insan özü yaxşı-pisi anlayır, bilir, amma pis dost onu yoldan çıxarır. Qurani-kərim buyurur: "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Furqan, 28 və 29).

  • Möhsin Qəraətinin yazdığı "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
Ad:
E-poçt:
* Comment:
captcha