IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 17

İshaq (ə), Bəni-İsrail peyğəmbərlərinin əcdadıdır

21:05 - November 27, 2022
Xəbər sayı: 3493325
İshaq (ə) Həzrət İbrahimin (ə) İsmayıldan (ə) sonra peyğəmbərliyə çatan ikinci oğludur. İshaq (ə) Bəni-İsrail peyğəmbərlərinin əcdadıdır. Qurani-Kərimdə deyilənlərə görə, İshaq İbrahimə və anası Saraya Allahın hədiyyəsi olmuşdur.

İshaq (ə) Allahın peyğəmbərlərindən biridir və İbrahimin (ə) ikinci oğludur. İshaqın (ə) anasının adı Saradır. O, Fələstində anadan olub və orada yaşayıb. Onun İsmayıldan 5 ya 13 il sonra olduğulduğu deyilir. İshaq (ə) doğulanda İbrahimin (ə) 100, anasının isə 90 yaşı var idi.

Quran ayələrinə əsasən, Allah onun valideynlərinə İshaqın doğulacağını xəbər vermişdi: “(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik” (Hud, 71(.

Qardaşı İsmayılın (ə) vəfatından sonra İshaq (ə) onun yerinə peyğəmbərlik etdi. İsmailin nəslindən olan Məhəmməd (s) peyğəmbərdən başqa ondan sonra bütün peyğəmbərlər İshaqın (ə) nəslindən idi.

Quranda İshaqın peyğəmbərliyi ilə bağlı birbaşa və ya dolayı yolla 8 ayə var; Onların arasında İshaqın peyğəmbərliyi, onun övladlarına müqəddəs kitabın nazil olması, İshaqa şəriətin nazil olması, ona vəhyin nazil olması, ona tabe olmağı əmr etməsi və İshaqın imamətinə işarə edilməsi haqqında ayələr var. Bu ayələrdə İshaqın (ə) dini və şəriəti atası İbrahimin (ə) dini, yəni hənif dini ilə eyni din idi və tövhid əsasında qurulmuşdu.

Əlbəttə ki, bu ayələrin heç birində ona nazil olan səmavi kitabdan bəhs edilmir. Tarixi mənbələrdə axtarış apardıqda onun üçün səmavi kitabın varlığına dəlalət edən heç nə tapılmadı.

Quranda İshaq (ə) üçün qeyd edilən digər xüsusiyyətlər arasında müvəhhid olmaq, saleh olmaq, imamlıq, ixlas, qüvvət və bəsirəti qeyd etmək olar.

Tövratda İbrahimin (ə) övladlarından birinin qurban edilməsi məsələsi İshaqa (ə) aid edilir. Yəhudilər inanırlar ki, Allah İbrahimə (ə) İshaqı (ə) qurban kəsməyi əmr edib.

 İshaq (ə) 40 yaşında Rəfiqə adlı bir qızla evləndi və ondan Eys və Yaqub adlı iki övladı oldu. O, ölümündən əvvəl Allahın əmri ilə peyğəmbərliyi oğlu Yaquba həvalə etdi.

Tövrat kitabının Yaradılış hissəsində deyildiyinə görə, İshaq (ə) ömrünün sonunda qoca və kor ikən övladlarından birini özünə vəsi təyin etmək qərarına gəlir və bu vəzifə Yaquba (ə) gedir. Bundan sonra İshaq daha 20 il yaşadı və nəhayət, 180 yaşında Əl-Xəlildə vəfat etdi.

Bəzi təfsirçi və tarixçilərin fikrincə, İshaq 160 il yaşamış və Qüds yaxınlığında, indiki Fələstinin Əl-Xəlil şəhərində dəfn edilmişdir.

Ad:
E-poçt:
* Comment:
captcha