ramazan ayı - Səhifə 13

IQNA

Ümumdünya Səhiyyə Təşkilatı müqəddəs Ramazan ayında oruc tutanların sağlamlığı ilə bağlı tövsiyələr dərc edib. Kifayət qədər su içmək və qızardılmış yeməklərdən uzaq olmaq bu tövsiyələr arasındadır.
Xəbər sayı: 3493883    Nəşr tarixi : 2023/03/19

“Çelsi” klubu ölkə müsəlmanlarının iştirakı ilə “Stemford Bric” stadionunda böyük iftar mərasimi keçirməyi planlaşdırdığını açıqlayıb.
Xəbər sayı: 3493852    Nəşr tarixi : 2023/03/14

Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Ramazan ayı ərzində dünyanın 22 ölkəsində müxtəlif dillərdə bir milyon nüsxə Quranın paylanacağını açıqlayıb.
Xəbər sayı: 3493802    Nəşr tarixi : 2023/03/06

Səudiyyə Ərəbistanının “Ətrül-Kəlam” Quran və Azan yarışlarının rəsmiləri açıqlayıb ki, Mübarək Ramazan ayında televiziya proqramı şəklində yayımlanacaq bu beynəlxalq müsabiqənin final mərhələsinə dünyanın 23 ölkəsindən 50 iştirakçı çıxıb.
Xəbər sayı: 3493774    Nəşr tarixi : 2023/03/01

Misirin Quran Radiosu bu il müqəddəs Ramazan ayının gəlişi ilə eyni vaxtda 59-cu ildönümünü qeyd edir.
Xəbər sayı: 3493771    Nəşr tarixi : 2023/02/28

Misir Vəqflər Nazirliyinin sözçüsü bu nazirliyin müqəddəs Ramazan ayında geniş Quran proqramları hazırladığını açıqlayıb.
Xəbər sayı: 3493546    Nəşr tarixi : 2023/01/10

Hindistanlı din xadimi Əhməd Rza Zürarə deyib: "Fitr bayramının fəlsəfəsi Allahla əhd-peyman bağlamaqdır ki, biz Sənin bizdən istədiklərini etdik və bu gün Səninlə əhd bağlayırıq ki, Ramazan ayında olduğu kimi bizə tofiq ver il ərzində Sənin istədiklərini edək.
Xəbər sayı: 3492183    Nəşr tarixi : 2022/05/05

"Quran, Əməkdaşlıq və Sülh Mesajı" adlı Quranla üns mərasimi Avropa Mərakeş Alimləri Şurası tərəfindən Ramazan ayı münasibətilə Belçikanın Anvers şəhərində təşkil olunub.
Xəbər sayı: 3492165    Nəşr tarixi : 2022/05/02

"Əsməullah" virtual xəttatlıq sərgisi Ramazan ayı münasibətilə Almaniyanın Berlin şəhərindəki İran Evi tərəfindən təşkil olunub.
Xəbər sayı: 3492166    Nəşr tarixi : 2022/05/02

Mübarək Ramazan ayı Allah dostlarının bayramıdır. "Səhifə Səccadiyə"də Ramazan ayı ilə vidalaşma duası var ki, bu duanın müqəddiməsində ilahi nemətlər sayılır. Ramazan ayının xüsusiyyətləri dostluq və yoldaşlıq kimi təsvir edilmişdir ki, onun getməsi onunla üns tutklarda narahatlıq və təəssüf hissi doğurur.
Xəbər sayı: 3492160    Nəşr tarixi : 2022/05/02

Nə gözəl anlar yaşadıq, Oruc tutmaqda tofiq tapdığımız günlər və Allahın bizə ibadət fürsəti verdiyi gecələr. Bu istiqamətdə bizə bəzi insanlar kömək edib və biz onlara biganə qalmamalıyıq.
Xəbər sayı: 3492162    Nəşr tarixi : 2022/05/01

İslam ənənəsində cümə günləri bayram və ibadət günü və ailə dəyərlərinə diqqət günü hesab olunur. Bu fəzilətlərlə yanaşı, Ramazan ayının cümə günləri də ikiqat əhəmiyyətlidir. Çünki Ramazan ayı bütün ayların ən üstünüdür və möminlər həmin gündə oruc tuturlar.
Xəbər sayı: 3492157    Nəşr tarixi : 2022/05/01

İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
Xəbər sayı: 3492155    Nəşr tarixi : 2022/05/01

Nigeriyadakı Abuca Milli Məscidi ehtiyacı olan 200 müsəlmana ərzaq yardımı edib.
Xəbər sayı: 3492138    Nəşr tarixi : 2022/04/26

Səudiyyə Ərəbistanının Qətif şəhərinin Ummül-Həmmam kəndindən olan bir qrup şiə Korona epidemiyasının yayılmasından sonra ilk dəfə olaraq xalqa iftar süfrəsi verib.
Xəbər sayı: 3492137    Nəşr tarixi : 2022/04/26

Seyyid Məhəmməd Rza Mürtəzəvi Ramazan ayı ilə bağlı qeydində belə deyir: "Şübhəsiz ki, mübarək Ramazan ayı Allah-Təala ilə ibadət və münacat etmək üçün fürsət yaradır və bu, möminlərin qəlbində ümid və aramlığı canlandırır."
Xəbər sayı: 3492134    Nəşr tarixi : 2022/04/26

İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
Xəbər sayı: 3492125    Nəşr tarixi : 2022/04/25

Qətərdə keçirilən Qurani-Kərimin hifzi üzrə Quran yarışının uşaq və yeniyetmələrdən ibarət iştirakçılarının valideynlərinin qatıldığı mərasimdə qaliblər mükafatlandırılıb.
Xəbər sayı: 3492117    Nəşr tarixi : 2022/04/24

Avstraliyada şiə təşkilatlarının bir-birilə həmkarlığı nəticəsində Ramazan ayı münasibətilə ikinci dəfə keçirilən Quranın "tərtil" və "təhqiq"lə tilavəti və hifzi müsabiqəsi keçirilib.
Xəbər sayı: 3492103    Nəşr tarixi : 2022/04/20

29-cu Tehran Beynəlxalq Quran Sərgisi müqəddəs Ramazan ayında aprelin 16-da açılıb və aprelin 29-dək davam edəcək.
Xəbər sayı: 3492095    Nəşr tarixi : 2022/04/19