IQNA

İman və saleh əməl bir-birindən ayrılmazdır

19:01 - June 27, 2022
Xəbər sayı: 3492466
Quranın bir çox ayələrində iman və saleh əməl bir-birinin kənarında gəlib. El' ki, ikisi bir-birindən ayrılmaz görünür. Həqiqətən də belədir. Çünki daxili bir davranış olaraq iman və zahiri bir davranış olaraq əməl bir-birini tamamlayır.

İman və saleh əməl bir-birindən ayrılmazdır"İQNA" xəbər verir ki, Höccətül-İslam vəl-müslimin Əbdül-Əmir Sultani iman və saleh əməlin bir-birindən ayrılmaması barədə deyib:

Əgər iman insanın batininə nüfuz edərsə, onun təsirini insanın əməllərində görmək olar. Elə bir şəkildə ki, insanın əməli saleh və pak olar. İnsanın vücudunda iman onun mühitini və içindəkiləri işıqlandıran bir çıraq kimidir. İnsanda iman formalaşdıqda onun təsiri insanın gözündə, qulağında, dilində, ağlında, əl-ayağında görünür. Beləliklə, mömin hər şeyi etmir. Əgər bir işi görürsə, bu, imandan və qəlbi inancdan irəli gəlir.

İman kök kimi, saleh əməl isə onun meyvəsidir. Meyvə şirin olduqda, kökün sağlamlığının əlamətidir. Sağlam köklər şirin və sağlam meyvələr yetişdirir.

Belə insanlar Allah yanında məqbuldurlar. Bunlar həm daxildə, həm də xaricdə düzgün və təmiz davranan insanlardırlar. Allah belə insanların yer üzündə Allahın canişinləri olacağını vəd etmişdir. Bu məsələ “Nur” surəsinin 55-ci ayəsində qeyd edilir və buyurulur: "Allah iman gətirib yaxşı işlər görənləri yer üzündə xəlifələr (canişinlər) edəcəyini vəd etmişdir".

Əlbəttə, Allahın mömin insanlara verdiyi gözəl vədlər təkcə yer və maddi dünya üçün deyil. Həqiqətdə, Allah onlar üçün axirətdə münasib və gözəl bir məqam nəzərdə tutmuşdur. Bu vəd Quranın müxtəlif ayələrində, o cümlədən "Təlaq" surəsinin 11-ci ayəsində qeyd olunur: "Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər".

İmansız insanlar bəzən saleh əməllər edə bilərlər, lakin onların bu əməli, şübhəsiz ki, daimi olmayacaqdır. Saleh əməllərə zəmanət verən, insan varlığının dərinliklərində kök salan və bunun üçün məsuliyyət hiss edən imandır.

4048738

Ad:
E-poçt:
* Comment:
* :