IQNA

Nəfsani istəklərə itaət etməyin nəticəsi

11:06 - August 15, 2022
Xəbər sayı: 3492725
İstənilən mövqedə insanı məhv edə bilən xüsusiyyətlərdən biri də Qurani-Kərimdə haram buyurulan nəfsani istəklərə tabe olmaqdır. Daima insanın yolunda ola biləcək bir çuxur kimi ondan çəkinmək və qarşısını almaq lazımdır.

Qurani-Kərimə görə nəfsin dərəcələri vardır. Nəfsin ən aşağı mərtəbəsi insanı pis işlərə əmr edəndir ki, buna nəfsi-əmmarə və ya nəfsani istəklər deyilir. Nəfsani istəklərə tabe olmaq nəfsin ifratçı istəklərinə tabe olmaq deməkdir.

Nəfsani istəklər ona görə məzəmmət olunub ki, o, insanlar üçün hər cür əməli, əxlaqi və ictimai sapmalara, hətta ruhi və fiziki xəstəliklərin yaranmasına zəmin yaradır. İnsanı azğınlığa, zülmə və günaha sürükləyir. Həmçinin insanlıq və iman dairəsindən çıcarır.

Buna görə də nəfsani istəklər, Uca Allahın istək və iradəsinə zidd olan hər hansı zahiri və batini davranış deyilmişdir. Bizim istəklərimiz var ki, onlar yalnız öz stəyimizdən yarana bilər. Bu da, insanın kamillik nöqtəsini qeyd edən Allahın iradəsinin qarşısındadır. Əgər istəklərimiz Allahın iradəsinə uyğun olmasa, nəfsani istəklərə çevrilər.

Məhz buna görə də Qurani-Kərim öz istəklərinə uyğun davranan və yaşayan insanlardan uzaq durmağı tövsiyə edir: “Bizi xatırlamaqdan qəlbini qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf, 28).

Allahı zikr etməkdən qafil olmaq, Allahın nemətlərini, yaxşılıqlarını, hökm və ixtiyarını unutmaq, şeytana və şeytan sifətlərə tabe olmaq, əməl və rəftarda həddi aşmaq nəfsani istəklərə tabe olmağın bəzi nümunələrindəndir.

Nəfəsini cilovlaya bilən və ona hakim ola bilən insanlar, başqaları ilə birlikdə izzətli və aram bir həyat sürərlər. Allah da onları böyük mükafatın gözlədiyini vəd etmişdir: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə,  Həqiqətən, onun yurdu Cənnətdir!” (Naziat, 40, 41).

Ad:
E-poçt:
* Comment:
captcha