IQNA

Başqalarının hüquqlarına hörmət etmək və insan ləyaqətini qorumaq

23:27 - August 18, 2022
Xəbər sayı: 3492749
İslamda çox tövsiyə edilən məsələlərdən biri də başqalarının haqqına hörmət etmək və insan ləyaqətini qorumaqdır ki, bu da Quranda ən mühüm ictimai məsələlərdən biri sayıla bilər.

İslam cəmiyyətində bütün insanların hüquq və mənafelərinə hörmətlə yanaşılır. Heç kimin başqasının malına, həyatına və nüfuzuna hörmətsizlik etmək hüququ yoxdur. Qurani-Kərimdə və hədislərdə başqalarının haqqının tapdalanmasının qarşısını almaq üçün çoxlu qayda və göstərişlər vardır.

Qurani-Kərim möminləri bir-birinə qardaş bilir və buyurur: “Həqiqətən, möminlər qardaşdırlar, qardaşlarınızın arasını düzəldin" (Hücürat, 10). Bunun cəmiyyət üzvləri arasında həyata keçirilməsi arzuolunan nəticələr verir ki, ən azı onlar arasında sülh və harmoniya yaranır.

Bu surənin bir çox başqa ayələrində insanın hörmətini və ləyaqətini qoruyub saxlamaq açıq-aydın görünür. Qurani-Kərim müsəlmanlar arasında cahililər dövrünün iğtişaşlarının davamı olan bəzi pis davranışları müşahidə etdikdən sonra səhnəyə daxil olub və bu problemləri düzəltməyə çalışır. Necə ki, buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar" (Hücürat, 11). İnsanların bir-birini məsxərəyə qoymasını qadağan edir. Çünki Quran məktəbinin təməl prinsiplərindən olan insan ləyaqətini və şəxsiyyətini qorumaq prinsipi bu təhqir və istehzadan uzaqdır.

Bu ayədə Allahın digər qəti qadağası isə eyb tapmaq və bir-birinizə xoşagəlməz ləqəblər qoymaqdır ki, buyurur: "Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın" (Hücürat: 11). Bu cür davranış da insanın şəxsiyyəti və hörməti ilə ziddiyyət təşkil edir. Əlbəttə ki, Qurani-Kərim bu mövzuda səssiz qalmır və insanlığın uca məqamını müdafiə edir.

Ad:
E-poçt:
* Comment:
captcha